
- "Mühəndislər üçün biznes təhsili" layihəsinin növbəti kursuna start verilib
- Bakı Ali Neft Məktəbində Xocalı soyqırımı qurbanları anılıb
- BANM Stokholm Universiteti ilə kibertəhlükəsizlik sahəsi üzrə mütəxəsis hazırlığına başlayır
- Bakı Ali Neft Məktəbində I kurs tələbələri üçün Orientasiya proqramı keçirilir
- Bakı Ali Neft Məktəbinin "Vətən yaxşıdır" müsabiqəsi yekunlaşdı
- Prezidentin köməkçisi Bakı Ali Neft Məktəbində
- Bakı Ali Neft Məktəbində "Vətən yaxşıdır" adlı onlayn bədii qiraət müsabiqəsi keçiriləcək
- Rektor Elmar Qasımov tələbə təşkilatlarının sədrlərilə görüş keçirib
- Bakı Ali Neft Məktəbinin eyni sinifdən olan iki Prezident təqaüdçüsü
- Rektor Elmar Qasımov Prezident təqaüdçüləri ilə onlayn görüş keçirib
Bakı Ali Neft Məktəbində (BANM) məşhur TED layihəsinin Azərbaycanda 2018-ci il üzrə ilk konfransı – TEDxBHOS keçirilib. Əsas missiyası “ Yayılmağa dəyər fikirlər” olan konfransa müxtəlif sahələrdən və universitetlərdən dinləyicilər qatılıb.
Konfransda BANM-ın rektoru Elmar Qasımov BANM tələbələrinin həyata keçirdiyi TEDxBHOS layihəsinə gələn bütün qonaqları salamlayaraq, konfransın qeyri-kommersiya təşkilatı olan TED-ın lisenziyası əsasında təşkil edildiyini bildirib. Daha sonra rektor tələbələri BANM-da bu böyük tədbiri təşkil etdikləri üçün təbrik edib.
TEDxBHOS-da bir-birindən maraqlı 8 spiker öz innovativ və motivasiyaedici çıxışları ilə dinləyicilərin diqqətini cəlb edərək düşündürməyə sövq edib. Spikerlər arasında Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) direktoru Qvendolin Börçel, “Çox Yaşa” verilişinin aparıcısı Vasif İsmayıl, “Rafa Film” Prodakşn şirkətinin rəhbəri Təhminə Rafaella Cəbrayıl, BANM-ın “Əşyaların interneti” laboratoriyasının rəhbəri, YolGet.az – ın yaradıcısı Abbas Əlili, “Orkhanway Coaching” şirkətinin rəhbəri, biznes trener Orxan Şahbaz və digərləri yer alıblar.
“Alternativ” mövzusu ətrafında baş tutan konfrans bir neçə saat davam edib.