AZ / EN / RU
BANM-ın rektoru TEDxBHOS layihəsini reallaşdıran tələblərlə görüşüb

         Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov TED layihəsinin BANM-da keçirilmiş TEDxBHOS konfransının təşkil edən tələbələrlə görüşüb. Rektor tələbələrlə təşkilatçılıqla bağlı öz fikirlərini bildirib.

 

         Komandanın rəhbəri, BANM-ın 3-cü kurs tələbəsi Elvin Həsənli konfransla bağlı ilk ideyaların formalaşması, tədbirə hazırlıq prosesləri və nəticə ilə bağlı məlumatları görüş iştirakçılarının diqqətinə çatdırıb.  

 

         Komandanın üzvləri isə bu cür  layihələrdə birləşməyin onlar üçün önəmli olduqlarını bildiriblər. Onlar qeyd ediblər ki, TEDxBHOS üçün bir araya gələrək çalışmaqları onlarda komandada işləmək bacarığı, kommunikasiya, vaxtın idarə edilməsi kimi bacarıqların formalaşmasına səbəb olub.

 

       Sonra rektor komandaya bu cür tanınmış konfransı lisenziya əsasında BANM-da təşkil etdikləri üçün tələbələrə təşəkkür edib və onları layihənin növbəti konfranslarının keçirilməsi üçün motivasiya edərək, Ali Məktəbin onlara bu istiqamətdə hər cür dəstək göstərməyə hazır olduğunu bildirib.

 

        Qeyd edək ki, bir müddət öncə Bakı Ali Neft Məktəbində (BANM) məşhur TED layihəsinin Azərbaycanda 2018-ci il üzrə  ilk  konfransı – TEDxBHOS keçirilmişdi. Əsas missiyası “ Yayılmağa dəyər fikirlər” olan konfransa bir-birindən maraqlı 8 spiker, eyni zamanda müxtəlif sahələrdən və universitetlərdən dinləyicilər qatılmışdı.