AZ / EN / RU
BANM-ın tələbələri "Azərkosmos" ASC-yə səfər ediblər

      Bakı Ali Neft Məktəbinin (BANM) I kurs tələbələrinin “Azərkosmos” ASC-yə səfəri baş tutub. Tələbələr səfər zamanı “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzi ilə və orada həyata keçirilən işlərlə yaxından tanış olublar.

 

       Peyk əməliyyatları qrupunun aparıcı mühəndisi Rüstəm Zalıyev tərəfindən tələbələrə Azərkosmosun fəaliyyəti, “Azerspace-1” peyki və onun texniki xüsusiyyətləri, “Azersky” peykinin tətbiq sahələri və bu il orbitə buraxılacaq “Azerspace-2” peyki haqqında ətraflı məlumat verilib.

 

        Qeyd edək ki, BANM və “Azərkosmos” ASC arasında əldə olunan razılaşmaya əsasən tələbələrin respublikanın informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi uğur və nailiyyətlər barədə məlumatlandırılması, onlarda müvafiq sahə üzrə biliklərinin artırılması və innovativ texnologiyalarla bilavasitə tanışlığını təmin etmək məqsədilə “Azərkosmos” ASC-yə mütəmadi səfərlər təşkil olunur.