
- Bakı Ali Neft Məktəbində Xocalı soyqırımı qurbanları anılıb
- BANM Stokholm Universiteti ilə kibertəhlükəsizlik sahəsi üzrə mütəxəsis hazırlığına başlayır
- Bakı Ali Neft Məktəbində I kurs tələbələri üçün Orientasiya proqramı keçirilir
- Bakı Ali Neft Məktəbinin "Vətən yaxşıdır" müsabiqəsi yekunlaşdı
- Prezidentin köməkçisi Bakı Ali Neft Məktəbində
- Bakı Ali Neft Məktəbində "Vətən yaxşıdır" adlı onlayn bədii qiraət müsabiqəsi keçiriləcək
- Rektor Elmar Qasımov tələbə təşkilatlarının sədrlərilə görüş keçirib
- Bakı Ali Neft Məktəbinin eyni sinifdən olan iki Prezident təqaüdçüsü
- Rektor Elmar Qasımov Prezident təqaüdçüləri ilə onlayn görüş keçirib
- Bakı Ali Neft Məktəbinin layihəsi "Elm-Təhsil-Sənaye" qrant müsabiqəsinin qalibi oldu
Bakı Ali Neft Məktəbinin (BANM) beş tələbəsi dünyanın böyük neft və qaz servis şirkəti olan “Baker Hughes”un Azərbaycandakı nümayəndəliyində iyun ayından etibarən təcrübə proqramına başlayıblar. Proqramda iştirak üçün seçim 80 nəfər üzərindən, Ali Məktəbin 3-cü və 4-cü kurs tələbələri arasından edilib. Seçim prosesinin ilkin mərhələsi test imtahanlarından, ikinci mərhələ isə müsahibədən ibarət olub. Nəticələrə əsasən Ali Məktəbin “Neft-qaz mühəndisliyi” ixtisas üzrə təhsil alan tələbləri - Orxan Xankişiyev, Elgün Yusifov, Məhəmməd Əliyev və “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri - Sahib Abdullayev və Yaqub Yusifov qalib gəliblər.
2015-ci ildən BANM-la əməkdaşlıq edən “Baker Hughes” şirkətinin Ali Məktəbin tələbələri üçün təşkil etdiyi yay istehsalat təcrübə proqramı 3 ay davam edəcək.
Qeyd edək ki, bir müddət öncə BANM-ın “Neft-qaz mühəndisliyi” ixtisasının bu ilki məzunu Emiliya Məmmədova “Baker Hughes” şirkətinə aparıcı sahə mütəxəssisi vəzifəsinə işə qəbul olunub. O, Rusiya, Qazaxıstan və Azərbaycandan olan 7500 namizəd arasında müxtəlif mərhələlər üzrə keçirilən müsabiqədə qalib gələrək şirkətin əməkdaşları sırasına qoşulub.