
- Bakı Ali Neft Məktəbinin tələbə və məzunlarından Magistratura imtahanlarında yüksək nəticə
- Əcnəbi tələbimiz Qoşulmama Hərəkatının beynəlxalq simulyasiya məşğələsində iştirak edir
- "Mühəndislər üçün biznes təhsili" layihəsinin növbəti kursuna start verilib
- Bakı Ali Neft Məktəbində Xocalı soyqırımı qurbanları anılıb
- BANM Stokholm Universiteti ilə kibertəhlükəsizlik sahəsi üzrə mütəxəsis hazırlığına başlayır
- Bakı Ali Neft Məktəbində I kurs tələbələri üçün Orientasiya proqramı keçirilir
- Bakı Ali Neft Məktəbinin "Vətən yaxşıdır" müsabiqəsi yekunlaşdı
- Prezidentin köməkçisi Bakı Ali Neft Məktəbində
- Bakı Ali Neft Məktəbində "Vətən yaxşıdır" adlı onlayn bədii qiraət müsabiqəsi keçiriləcək
- Rektor Elmar Qasımov tələbə təşkilatlarının sədrlərilə görüş keçirib
Bakı Ali Neft Məktəbi (BANM) 4 il ərzində ali təhsil müəssisələrinə qəbul imtahanlarında abituriyentlər tərəfindən toplanılan orta ballara görə ölkə üzrə bütün ali məktəblər arasında birinci yeri tutub. Bu haqda Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabatında bildirilib.
2017/2018-ci tədris ili üçün keçirilmiş qəbul imtahanlarında abituriyentlər tərəfindən toplanılan orta balların təhlili zamanı ən yüksək nəticə nümayiş etdirmiş top 10 ali təhsil müəssisəsi arasında BANM yenə ən yüksək nəticə nümayiş etdirərək (678,4 orta bal) liderliyi qoruyub saxlamışdır. (Ətraflı cədvəldə)
Təsadüfi deyil ki, bu ilki ilk qəbul imtahanında I qrup üzrə 700 bal toplamış Əsra Bayramova və Vasif Əsədovun da seçimi məhz BANM olub. Əsra Bayramova “İnformasiya təhlükəsiziyi”, Vasif Əsədov isə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçib.
Qeyd edək ki, ötən il də I qrup üzrə qəbul imtahanlarında 700 bal toplamış 7 tələbənin hər birinin seçimi BANM olmuşdu. Eyni zamanda ötən iI I qrup üzrə Prezident təqaüdünə layiq görülmüş 25 tələbənin 24-ü BANM-da təhsil alır.
№ |
Ali təhsil müəssisələri |
Orta bal |
|||
2014/2015 |
2015/2016 |
2016/2017 |
2017/2018 |
||
1 |
Bakı Ali Neft Məktəbi |
668 |
675,1 |
666,5 |
678,4 |
2 |
Azərbaycan Tibb Universiteti |
569,5 |
574,8 |
580,9 |
603,1 |
3 |
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası |
601,5 |
606,5 |
604,4 |
595,4 |
4 |
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası |
578,4 |
596,2 |
570,3 |
576,9 |
5 |
ADA Universiteti |
591,3 |
605,3 |
596,1 |
532,9 |
6 |
Azərbaycan Dillər Universiteti |
433,1 |
447,6 |
446,6 |
457,5 |
7 |
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
452,1 |
436,1 |
427,1 |
430,1 |
8 |
Milli Aviasiya Akademiyası |
375,6 |
402,2 |
410,1 |
427,2 |
9 |
Bakı Dövlət Universiteti |
426,8 |
434,9 |
427,8 |
421,2 |
10 |
Azərbaycan Dövlət İqtisad Universiteti |
390,6 |
396,1 |
416,1 |
412,2 |