AZ / EN / RU
BANM-ın məzunları toplandılar

          Bakı Ali Neft Məktəbi (BANM) və Böyük Britaniyanın Heriot-Vatt Universiteti maraqlı və nümunəvi addım atıb. Belə ki, Ali Məktəbi ötən il bitirən və eyni zamanda BANM-ın əməkdaşlıq etdiyi Heriot Vatt Universitetinin məzunları olan  gənc mühəndislər hər iki universitetinin birgə təşəbbüsü və diqqəti nəticəsində bir araya yığılıblar. Artıq yerli və xarici şirkətlərdə mühəndis olaraq çalışan BANM-ın ilk 2017-ci il məzunları universitetlərinin atdığı bu addımdan həm məmnun olduqlarını, həm də duyğulandıqlarını bildiriblər.

 

         Absheron Marriott oteldə baş tutan görüşdə BANM-ın rektoru Elmar Qasımov, Heriot Vatt Universitetinin prorektoru, professor Culian Counz və onun rəhbərlik etdiyi nümayəndə heyəti, BANM-ın və Heriot-Vatt Universitetinin birgə təhsil verdikləri ötən ilki məzunlar iştirak ediblər. Əsas məqsədi məzunlarla əlaqələrin qurulması və genişləndirilməsi olan görüşdə həmçinin Heriot-Vattın Azərbaycandakı digər məzunları iştirak ediblər. Tədbir boyu məzunlar bir-birilə kommunikasıya yaradıb, öz uğurları və gələcək planlarından söhbət açıblar.