
- "Mühəndislər üçün biznes təhsili" layihəsinin növbəti kursuna start verilib
- Bakı Ali Neft Məktəbində Xocalı soyqırımı qurbanları anılıb
- BANM Stokholm Universiteti ilə kibertəhlükəsizlik sahəsi üzrə mütəxəsis hazırlığına başlayır
- Bakı Ali Neft Məktəbində I kurs tələbələri üçün Orientasiya proqramı keçirilir
- Bakı Ali Neft Məktəbinin "Vətən yaxşıdır" müsabiqəsi yekunlaşdı
- Prezidentin köməkçisi Bakı Ali Neft Məktəbində
- Bakı Ali Neft Məktəbində "Vətən yaxşıdır" adlı onlayn bədii qiraət müsabiqəsi keçiriləcək
- Rektor Elmar Qasımov tələbə təşkilatlarının sədrlərilə görüş keçirib
- Bakı Ali Neft Məktəbinin eyni sinifdən olan iki Prezident təqaüdçüsü
- Rektor Elmar Qasımov Prezident təqaüdçüləri ilə onlayn görüş keçirib
Bakı Ali Neft Məktəbində (BANM) dünyanın böyük neft və qaz servis şirkəti olan Baker Hughes-un Azərbaycandakı nümayəndəliyi ilə görüş keçirilib. Görüşdə BANM-ın rektoru Elmar Qasımov, Baker Hughes şirkətinin Azərbaycan və Gürcüstan üzrə direktoru Qreiq Rasel Lindsay, şirkətin miqrasiya üzrə meneceri Tural Ahmad və BANM-ın əməkdaşları iştirak ediblər.
BANM-ın rektoru Elmar Qasımov Ali Məktəbin Baker Hughes-la yaranmış sıx əməkdaşlığından məmnun olduğunu bildirib. Cənab Rasel isə BANM-ın şirkətdə 3 ay yay təcrübəsi keçmiş tələbələrindən çox razı qaldığını, onların bilik və dünyagörüşünün Baker Hughes-ın standartlarına tam cavab verdiklərini qeyd edib. O həmçinin bildirib ki, şirkət BANM-dan növbəti təcrübəçiləri seçmək və onları 3 ay müddətində şirkətin işlərinə cəlb etmək və təlimlər keçmək niyyətindədir.
Rektor Elmar Qasımov Baker Hughes-un Azərbaycan və Gürcüstan üzrə direktorunu növbəti ay Ali Məktəbin tələbələrini motivasiya etmək üçün böyük seminar keçməyi təklif edib. Cənab Rasel isə böyük məmnuniyyətlə təklifi qəbul edib.
Görüşdə həmçinin iki tərəfli əlaqələrin genişləndirilməsi üçün əməkdaşlığın bır sıra yeni istiqamətləri müzakirə edilib.
Qeyd edək ki, şirkət artıq neçə ildir ki BANM ilə müqavilə əsasında əməkdaşlıq edir. Baker Hughes neft və qaz sənayesində innovativ xidmətlər, məhsul və texnologiyalar üzrə ixtisaslaşmış beynəlxalq səviyyəli şirkət olaraq dünyanın 80-dən artıq ölkəsində fəaliyyət göstərir və ümumilikdə 58.000-dən çox işçiyə sahibdir. Eyni zamanda, Baker Hughes şirkəti 11 texnoloji mərkəzə malik olaraq elm və texnologiya sahələrinə ən çox investisiya yatırımı edən şirkətlər sırasındadır.