
- Bakı Ali Neft Məktəbində Xocalı soyqırımı qurbanları anılıb
- BANM Stokholm Universiteti ilə kibertəhlükəsizlik sahəsi üzrə mütəxəsis hazırlığına başlayır
- Bakı Ali Neft Məktəbində I kurs tələbələri üçün Orientasiya proqramı keçirilir
- Bakı Ali Neft Məktəbinin "Vətən yaxşıdır" müsabiqəsi yekunlaşdı
- Prezidentin köməkçisi Bakı Ali Neft Məktəbində
- Bakı Ali Neft Məktəbində "Vətən yaxşıdır" adlı onlayn bədii qiraət müsabiqəsi keçiriləcək
- Rektor Elmar Qasımov tələbə təşkilatlarının sədrlərilə görüş keçirib
- Bakı Ali Neft Məktəbinin eyni sinifdən olan iki Prezident təqaüdçüsü
- Rektor Elmar Qasımov Prezident təqaüdçüləri ilə onlayn görüş keçirib
- Bakı Ali Neft Məktəbinin layihəsi "Elm-Təhsil-Sənaye" qrant müsabiqəsinin qalibi oldu
2018/2019-cu tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Prezident təqaüdünə layiq görülmüş tələbələrin ali məktəblər üzrə sayı məlum oldu.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanına uyğun olaraq I ixtisas qrupu üzrə Prezident təqaüdünə layiq görülmüş 26 tələbə Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi oldu. Bu göstərici BANM-ı ölkə universitetləri arasında Prezident təqaüdçülərinin sayına görə lider edib.
Prezident təqaüdçülərinin sayına görə ali məktəblərin statistikasını sizə təqdim edirik.
№ |
Ali Məktəbin adı |
nəfər |
1 |
Bakı Ali Neft Məktəbi |
26 |
2 |
Azərbaycan Tibb Universiteti |
24 |
3 |
Azərbaycan Dövlət İqtisad Universiteti |
18 |
4 |
Bakı Dövlət Universiteti |
12 |
5 |
ADA Universiteti |
11 |
6 |
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası |
8 |
7 |
Polis Akademiyası |
1 |
8 |
Naxçıvan Dövlət Universiteti |
1 |
9 |
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - UFAZ |
1 |
Xatırladaq ki, qəbul imtahanlarında I ixtisas qrupu üzrə 700 bal toplamış 13 nəfər abituriyent də BANM-ın tələbəsidir. Bir qrup üzrə bütün 700 ballı tələbələrin yalnız bir ali məktəbi – BANM-ı seçməsi də rekord göstəricidir.