AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin "Foundation" tələbələri Masallıda

         Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Masallıya “İntellektual səfər” ediblər. Səfər Ali Məktəbin “İntellektual oyunlar klubu”nun aktiv üzvlər Anar Bədəlbəyli, Ruslan Həşimzadə, Vüqar Həsənov, Azər Tapdıqzadə, Zaur Mahmudzadə və Kamil Nağızadə tərəfindən təşkil edilib. Səfərdə Ali Məktəbin müəllimləri və digər əməkdaşları iştirak ediblər. Təbiətə səfərin əsas məqsədi Ali Məktəbə yeni qəbul olan tələbələrin adaptasiyası və təbiətdə  gənclərin intellektual səviyyəsini inkişaf etdirəcək oyunlar oynamaq olub. Səfər gənclərin bir-birini daha yaxından tanıması və kommunikasiya qurmalarına müsbət təsir göstərib.