
- Bakı Ali Neft Məktəbində Xocalı soyqırımı qurbanları anılıb
- BANM Stokholm Universiteti ilə kibertəhlükəsizlik sahəsi üzrə mütəxəsis hazırlığına başlayır
- Bakı Ali Neft Məktəbində I kurs tələbələri üçün Orientasiya proqramı keçirilir
- Bakı Ali Neft Məktəbinin "Vətən yaxşıdır" müsabiqəsi yekunlaşdı
- Prezidentin köməkçisi Bakı Ali Neft Məktəbində
- Bakı Ali Neft Məktəbində "Vətən yaxşıdır" adlı onlayn bədii qiraət müsabiqəsi keçiriləcək
- Rektor Elmar Qasımov tələbə təşkilatlarının sədrlərilə görüş keçirib
- Bakı Ali Neft Məktəbinin eyni sinifdən olan iki Prezident təqaüdçüsü
- Rektor Elmar Qasımov Prezident təqaüdçüləri ilə onlayn görüş keçirib
- Bakı Ali Neft Məktəbinin layihəsi "Elm-Təhsil-Sənaye" qrant müsabiqəsinin qalibi oldu
Bakı Ali Neft Məktəbinin dünyanın böyük neft və qaz servis şirkəti olan “Baker Hughes-da təcrübə keçən tələbələri təqdimat ediblər. Təqdimatda şirkətin Azərbaycan və Gürcüstan üzrə direktoru Qreiq Rasel Lindsay, şirkətin miqrasiya üzrə meneceri Tural Ahmad, BANM-ın dekanı Zəfər Qurbanov və kafedraların əməkdaşları iştirak ediblər.
Görüşün əsas məqsədi şirkətdə 3 ay yay təcrübəsi keçmiş tələbələrin əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsi olub.
5-ci kurs Kimya mühəndisliyi ixtisasının tələbəsi Yaqub Yusubov şirkətin HSE (SƏTƏM- Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi) şöbəsində keçdiyi təcrübə, iş prosesi və öyrəndikləri haqqında prezentasiya edib. 5-ci kurs Neft-qaz mühəndisliyi ixtisasının tələbəsi Məhəmməd Əliyev isə “Completion engineering” (Tamamlama mühəndisliyi) şöbəsindəki təcrübəsi, şirkətin mühəndislərilə birgə çalışdıqları real layihələr və bu layihələrdən öyrəndiyi haqda təqdimat edib.
4-cü kurs Neft-qaz mühəndisliyi ixtisasının tələbələri Orxan Xankişiyev və Elgun Yusifovda digər şirkətlər tərəfindən sifariş olan layihələr, profesional mühəndislərilə birgə çalışmaları və əldə etdikləri sahə bilikləri haqda məlumat veriblər.
Sonda Baker Hughes şirkətinin region üzrə direktoru cənab Rasel və BANM-ın professor-müəllim heyəti tələbələrin bilik və bacarıqlarını qiymətləndirmək məqsədilə onlara suallar ünvanlayıblar.