
- Bakı Ali Neft Məktəbində Xocalı soyqırımı qurbanları anılıb
- BANM Stokholm Universiteti ilə kibertəhlükəsizlik sahəsi üzrə mütəxəsis hazırlığına başlayır
- Bakı Ali Neft Məktəbində I kurs tələbələri üçün Orientasiya proqramı keçirilir
- Bakı Ali Neft Məktəbinin "Vətən yaxşıdır" müsabiqəsi yekunlaşdı
- Prezidentin köməkçisi Bakı Ali Neft Məktəbində
- Bakı Ali Neft Məktəbində "Vətən yaxşıdır" adlı onlayn bədii qiraət müsabiqəsi keçiriləcək
- Rektor Elmar Qasımov tələbə təşkilatlarının sədrlərilə görüş keçirib
- Bakı Ali Neft Məktəbinin eyni sinifdən olan iki Prezident təqaüdçüsü
- Rektor Elmar Qasımov Prezident təqaüdçüləri ilə onlayn görüş keçirib
- Bakı Ali Neft Məktəbinin layihəsi "Elm-Təhsil-Sənaye" qrant müsabiqəsinin qalibi oldu
Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi kafedrasının professorları Siyavuş Azakov və Fuad Vəliyev qabaqcıl mühəndislik və texnoloji inkişaflara həsr olunmuş AİTAE 2018 (Aegean International Textile and Advanced Engineering) beynəlxalq konfransında iştirak ediblər.
Yunanıstanın Militena şəhərində keçirilən konfrans Qərbi Attika Universitetinin Sənaye dizaynı və tekstil istehsalatə kafedrası və Türkiyənin Ege Universiteti mühəndislik fakültəsinin Tekstil mühəndisliyi kafedrası tərəfindən birgə təşkil edilib. Konfransda 35 ölkədən aparıcı tədqiqatçılar, mütəxəssislər, mühəndislər və tələbələr iştirak ediblər.
Mühendislik disiplinlerinin kəsişməsində innovativ ideyalar və elmi nailiyyətlərin mübadiləsi üçün bir forum olan AITAE 2018 konfransı iştirakçılarına ən son tədqiqatların nəticələrini və perspektivlərini təqdim və müzakirə etməyə, həmçinin gələcək elmi araşdırmaların yollarını müəyyən etməyə imkan yaradıb.
Professor Siyavuş Azakov konfransda "Azərbaycanın Avropada enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfə" adlı məruzəsi ilə çıxış edib. Professor Fuad Vəliyevin çıxışının mövzusu isə maye sistemlərdə mənfi inertial təzyiq dalğalarına təsir göstərən təbii və texnogen təsirlərlə bağlı olub. Hər iki çıxış konfrans iştirakçılarının böyük marağına səbəb olub.