
- Bakı Ali Neft Məktəbində "Xoşbəxt et, Xoşbəxt ol" adlı xeyriyyə konserti keçirilib.
- IADC-nin prezidenti Bakı Ali Neft Məktəbinin tələbələrilə görüşdü
- Bakı Ali Neft Məktəbində üzgüçülük yarışları keçirilib.
- Bakı Ali Neft Məktəbində "PMI Azerbaijan 2019" sammiti keçirildi
- "Layihə İdarəetmə Məktəbində iştirak etməyə tamamilə dəyər!" BP-nin Xarici əlaqələr üzrə meneceri Günəş Əliyeva Layihə İdarəetmə Məktəbi haqqında fikirlərini paylaşıb.
- Bakı Ali Neft Məktəbində "Mühəndislər üçün Biznes təhsili"nin növbəti dərsləri başladı
- Bakı Ali Neft Məktəbində "PMI Azərbaycan Sammiti 2019" keçiriləcək
- Azərkosmos Bakı Ali Neft Məktəbində seminar keçirdi
- Bakı Ali Neft Məktəbində "Qəhrəmanlar unudulmur" adlı tədbir keçirilib
- Bakı Ali Neft Məktəbi və Polşanın WSB Universiteti arasında müqavilə imzalandı
Bakı Ali Neft Məktəbinin IV kurs tələbəsi Fərdin Vətəni Azərbaycanın “Azerspace-2” peykinin Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılmasında iştirak edib. Ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən bu hadisənin canlı şahidi olacan təbəbə Ali Məktəbin “Nefq-qaz mühəndisliyi” ixtisasında təhsil alır.
“Azerspace-2” peykinin orbitdə istismar müddəti minimum 15 il təşkil edəcək. Peyk Azərbaycanın orbitə çıxarılan üçüncü peykidir.
“Azerspace-2” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək.
Qeyd edək ki, Ali Məktəbin tələbəsi BANM ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti arasında olan qarşılıqlı əməkdaşlıq çərçivəsində bu böyük tədbirdə iştirak edib. BANM-a 690 balla daxil olan Fərdin Vətəni Ali Məktəbin aktiv sosial-ictimai fəaliyyəti ilə fərqlənən tələbələrindəndir, eyni zamanda Prezident təqaüdçüsüdür.