AZ / EN / RU
Professor Siyavuş Azakov "Fəxri neftçi" döş nişanı və Fəxri fərmanla təltif edildi

      Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi kafedrasının professoru Siyavuş Azakov SOCAR-ın prezidenti, Millət vəkili Rövnəq Abdullayev tərəfindən “Müəllimlər Günü” və 70 illik yubileyi münasibətilə, eyni zamanda ölkəmizdə neftçi kadrların hazırlanmasında verdiyi töhfəyə görə “Fəxri neftçi” döş nişanı ilə təltif edilib.

 

    Professor Siyavuş Azakov eyni zamanda, uzunmüddətli, peşəkar elmi-pedaqoji fəaliyyətinə görə və 70 illik yubileyi münasibətilə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun əmrilə Fəxri fərman ilə təltif olunub.  

 

Qeyd edək ki, professor Siyavuş Azakov 2013-cü ildən BANM-ın Neft-qaz mühəndisliyi kafedrasının professorudur. O Almaniya, İtaliya və İsveçin bir neçə universitetlə elmi tədqiqat üzrə böyük iş təcrübəsinə malikdir. Siyavuş müəllim 60-dan çox elmi nəşr və beş dərs vəsaitinin müəllifidir.