
- "Mühəndislər üçün biznes təhsili" layihəsinin növbəti kursuna start verilib
- Bakı Ali Neft Məktəbində Xocalı soyqırımı qurbanları anılıb
- BANM Stokholm Universiteti ilə kibertəhlükəsizlik sahəsi üzrə mütəxəsis hazırlığına başlayır
- Bakı Ali Neft Məktəbində I kurs tələbələri üçün Orientasiya proqramı keçirilir
- Bakı Ali Neft Məktəbinin "Vətən yaxşıdır" müsabiqəsi yekunlaşdı
- Prezidentin köməkçisi Bakı Ali Neft Məktəbində
- Bakı Ali Neft Məktəbində "Vətən yaxşıdır" adlı onlayn bədii qiraət müsabiqəsi keçiriləcək
- Rektor Elmar Qasımov tələbə təşkilatlarının sədrlərilə görüş keçirib
- Bakı Ali Neft Məktəbinin eyni sinifdən olan iki Prezident təqaüdçüsü
- Rektor Elmar Qasımov Prezident təqaüdçüləri ilə onlayn görüş keçirib
Bakı Ali Neft Məktəbinin (BANM) Konqres zalında Azərbaycan və SSRİ xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, professor Fərhad Bədəlbəylinin bədii rəhbərliyilə fəaliyyət göstərən “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestri konsert proqramı ilə çıxış edib. Orkestr Azərbaycan Respublikasının xalq artisti, BMA-nın prorektoru, professor Yeganə Axundovanın rəhbərliyi və əməkdar artist Fuad İbrahimovun dirijorluğu altında BANM-ın professor-müəllim heyəti, administrativ heyəti və tələbləri üçün unudulmaz anlar yaşadıblar. Doqquz solistin və on altı orkestr üzvünün yer aldığı Gənclər Kamera Orkestri ölməz bəstəkarlar – Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev, Müslim Maqomayev, Niyazi, Aqşin Əlizadənin müxtəlif mahnılarını ifa edib.
Bütövlükdə orkestrin və gənc solistlərin ifaları BANM kollektivi tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb. BANM-ın rektoru Elmar Qasımov BMA-nın prorektoru, professor Yeganə Axundovaya gözəl ifa və əməkdaşlıq üçün öz təşəkkürünü bildirib.
Qeyd edək ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yaranmış “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestri 2011-ci ildən fəaliyyətə başlamışdır. Orkestrin tərkibinə gənc Beynəlxalq Müsabiqə laureatları və istedadlı ifaçılar daxildir.