
- Bakı Ali Neft Məktəbinin tələbə və məzunlarından Magistratura imtahanlarında yüksək nəticə
- Əcnəbi tələbimiz Qoşulmama Hərəkatının beynəlxalq simulyasiya məşğələsində iştirak edir
- "Mühəndislər üçün biznes təhsili" layihəsinin növbəti kursuna start verilib
- Bakı Ali Neft Məktəbində Xocalı soyqırımı qurbanları anılıb
- BANM Stokholm Universiteti ilə kibertəhlükəsizlik sahəsi üzrə mütəxəsis hazırlığına başlayır
- Bakı Ali Neft Məktəbində I kurs tələbələri üçün Orientasiya proqramı keçirilir
- Bakı Ali Neft Məktəbinin "Vətən yaxşıdır" müsabiqəsi yekunlaşdı
- Prezidentin köməkçisi Bakı Ali Neft Məktəbində
- Bakı Ali Neft Məktəbində "Vətən yaxşıdır" adlı onlayn bədii qiraət müsabiqəsi keçiriləcək
- Rektor Elmar Qasımov tələbə təşkilatlarının sədrlərilə görüş keçirib
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və Ali Məktəbin tələbələri "CanSat Azərbaycan 2018" model peyk müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində iştirak ediblər.
Mərasimdə Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramov tərəfindən Bakı Ali Neft Məktəbinə “İnterstellar” komandasının “Cansat Azərbaycan 2018” tələbə model peyk müsabiqəsində verdiyi dəstəyə görə xüsusi “Təşəkkürnamə” rektor Elmar Qasımova təqdim edilib.
Müsabiqədə ikinci yerə layiq görülmüş BANM-ın 6 nəfər tələbədən ibarət “İnterstellar” komandası isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə tərəfindən rəmzi plaket və sertifikatlarla təltif edilib.
Tədbirdə çıxış edən Elmar Qasımov ölkənin 11 ali təhsil müəssisəsindən 31 komandanın iştirak etdiyi peyk müsabiqəsində BANM-ın tələbələrinin ikinci yeri əldə etməsini böyük uğur adlandırıb. Rektor gənclərin inkişafında xüsusi rolu olan bu layihənin təşkil olunmasına görə Təhsil Nazirliyi və “Azərkosmos" ASC-yə təşəkkür edib.