
- "Mühəndislər üçün biznes təhsili" layihəsinin növbəti kursuna start verilib
- Bakı Ali Neft Məktəbində Xocalı soyqırımı qurbanları anılıb
- BANM Stokholm Universiteti ilə kibertəhlükəsizlik sahəsi üzrə mütəxəsis hazırlığına başlayır
- Bakı Ali Neft Məktəbində I kurs tələbələri üçün Orientasiya proqramı keçirilir
- Bakı Ali Neft Məktəbinin "Vətən yaxşıdır" müsabiqəsi yekunlaşdı
- Prezidentin köməkçisi Bakı Ali Neft Məktəbində
- Bakı Ali Neft Məktəbində "Vətən yaxşıdır" adlı onlayn bədii qiraət müsabiqəsi keçiriləcək
- Rektor Elmar Qasımov tələbə təşkilatlarının sədrlərilə görüş keçirib
- Bakı Ali Neft Məktəbinin eyni sinifdən olan iki Prezident təqaüdçüsü
- Rektor Elmar Qasımov Prezident təqaüdçüləri ilə onlayn görüş keçirib
Bakı Ali Neft Məktəbində Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edilib. Ölkənin müasir tarixində mühüm tarixə həsr olunmuş görüşdə Ali Məktəbin rəhbərliyi, müəllimləri, administrativ kollektivi və tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan BANM-ın Ümumi işlər üzrə prorektoru Rəşad Həsənov bütün iştirakçıları qarşıdan gələn bayram münasibətilə təbrik edib və qeyd edib ki, 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunduqdan sonra Azərbaycan müstəqil dövlət statusuna qovuşub. Prorektor həmçinin söyləyib ki, müasir Azərbaycanın uğurları Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən hazırlanmış və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətin nəticəsidir.
Tədbirdə Ali Məktəbin İngilis dili və humanitar fənlər mərkəzinin dosenti, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev Müstəqillik Günü haqqında məruzə ilə çıxış edib. O qeyd edib ki, ölkənin gənc vətəndaşları üçün respublikamızın dövlət müstəqilliyinin əldə olunması üçün keçdiyi çətin, lakin şanslı yolla tanış olmaq daha vacibdir.
BANM-ın Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının ikinci kurs tələbələri Ayxan Haqverdili, Sənan Həsənov və Tural Həsənov da “Müstəqilliyə gedən uzun yol” adlı prezentasiya ilə çıxış ediblər.