AZ / EN / RU
BANM-ın psixoloqu tələbələrə xüsusi qayğı göstərir

           Bakı Ali Neft Məktəbində (BANM) çətinliklə üzləşən, psixoloji dəstəyə ehtiyac duyan tələbələr, eyni zamanda bütün tələbələrin motivasiya edilməsi, ruh yüksəkliyinin artırılması məqsədilə psixoloq xidməti fəaliyyət göstərir.

 

          BANM-a yeni daxil olmuş birinci kurs (“Foundation”) tələbələrinə Ali Məktəbin psixoloqu Leyla Qasımova tərəfindən qrup görüşləri keçirilir. Qrup görüşlərində tələbələrə yeni mühitə, bir-birinə öyrəşməkdə, bir-birlərini tanımaqda, eyni zamanda güclü – zəif cəhətlərin üzə çıxarılmasında yardım edilir. Bu görüşlərin nəticəsində tələbələr lazımı anlarda özlərinə və tələbə yoldaşlarına müəllim və psixoloq olmadan da necə dəstək və kömək göstərə biləcəklərini öyrənirlər.

 

         Psixoloq xidməti həmçinin, 2,3,4,5-ci kurslar və magistraturada təhsil alan tələbələr üçün keçirilir. Bu tələbələrə isə psixoloq tərəfindən individual görüşlər təyin olunur. Bu görüşlərdə tələbələrin ailə, məişət problemləri, dərslərdə çətinliklər, şəxsi psixoloji maneələr və digər problemləri üzərində işlənilir.

 

        Ali Məktəbdə psixoloq xidməti Azərbaycanda ilk online meditasiya kursunun müəllifi, Beynəlxalq “Peace Revolution” Programının məzunu və Azərbaycanda həmin təşkilatın nümayəndəsi, psixoloq Leyla Qasımova tərəfindən keçirilir.