
- Bakı Ali Neft Məktəbində Xocalı soyqırımı qurbanları anılıb
- BANM Stokholm Universiteti ilə kibertəhlükəsizlik sahəsi üzrə mütəxəsis hazırlığına başlayır
- Bakı Ali Neft Məktəbində I kurs tələbələri üçün Orientasiya proqramı keçirilir
- Bakı Ali Neft Məktəbinin "Vətən yaxşıdır" müsabiqəsi yekunlaşdı
- Prezidentin köməkçisi Bakı Ali Neft Məktəbində
- Bakı Ali Neft Məktəbində "Vətən yaxşıdır" adlı onlayn bədii qiraət müsabiqəsi keçiriləcək
- Rektor Elmar Qasımov tələbə təşkilatlarının sədrlərilə görüş keçirib
- Bakı Ali Neft Məktəbinin eyni sinifdən olan iki Prezident təqaüdçüsü
- Rektor Elmar Qasımov Prezident təqaüdçüləri ilə onlayn görüş keçirib
- Bakı Ali Neft Məktəbinin layihəsi "Elm-Təhsil-Sənaye" qrant müsabiqəsinin qalibi oldu
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin uğurları il ərzində yüksək sürətlə artır. Hazırda Ali Məktəbin tələbələri noyabr ayında Azərbaycanı Böyük Britaniya və Taylandda layiqincə təmsil etmək üçün çalışırlar.
Dünya Robot Olimpiadasının Azərbaycanda keçirilən regional turunda birinci yerə layiq görülmüş BANM-ın “Robo-Sapiens” adlı komandası öz komanda üzvləri və mentorları ilə birlikdə Taylandda keçiriləcək Final yarışmasına qatılacaqlar. Taylandın şimalında, Çyanq May adlı yerdə keçiriləcək finalda müxtəlif ölkələrin qalib komandaları, onları dəstəkləyən nazirliklər və digər aidiyyatı təşkilatlar iştirak edəcəklər. BANM-dan isə 2-ci kurs “Proseslərin avtomatlaşdırılması mühəndisliy”i ixtisasının tələbələri Xalidə Əliyeva, Eyvaz Nəcəfli, Ramil Abbaszadə və onların mentorları – III kurs eyniadlı ixtisasın tələbələri Fərid Həmidov, Nəriman Tağızadə və Ali Məktəbin “Hər şeydə internet” laboratoriyasının müdiri, baş müəllim Abbas Əlili 16-18 noyabr tarixlərindö ölkəmizi təmsil etmək üçün Taylanda yola düşəcəklər.
Ali Məktəbin “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri – Elmar Əsgərzadə, Hüseyn Əliyev, Murad Rəhimov, Alexandr Oborovsky və onların elmi rəhbərləri Əmir Reza Vəxşuri isə 1-2 noyabr tarixlərində Azərbaycanı Böyük Britaniyanın Edinburq şəhərində keçiriləcək “ClimateLaunchpad“ proqramının Dünya finalında təmsil edəcəklər. Qeyd edək ki, onlar özlərinin “ThermoNorth” layihəsilə 46 ölkənin iştirak etdiyi dünyanın ən böyük “cleantech” (təmiz texnologiya) startup akselerasiya proqramı – “ClimateLaunchpad”ın “ClimateLaunchpad Azerbaijan 2018” ölkə finalının qalibi olmuşdular.
Ölkəmizi təmsil edəcək hər iki komandaya Final yarışlarında uğurlar arzulayırıq.