AZ / EN / RU
BANM-da "Where the Rainbow Ends" adlı kinoman turniri keçirilib

          Bakı Ali Neft Məktəbinin (BANM) İntellektual oyunlar klubu və Cinema Clubun təşkilatı dəstəyilə “Where the Rainbow Ends” (“Göyqurşağının bitdiyi yerdə”) adlı kinoman turniri keçirilib. Turnirin əsas məqsədi gənclərin kino sahəsinə olan marağının artırılması və asudə vaxtlarının səmərəli təşkil edilməsi olub. Yarışda BANM-ın rektoru Elmar Qasımov da iştirak edərək tələbələrin bu cür social görüşlər və tədbirlər keçirməsini alqışladığını bildirib və tələbələri bu istiqamətdə öz fikirlərilə ruhlandırıb.

 

          Yarış “Xəmsə” Milli intellektual oyunu formatında baş tutub, suallar isə həm milli, həm də xarici kinomotoqrafiyaya müraciət edilərək İntellektual oyunlar klubunun “Revolution” komandası tərəfindən tərtib olunub. Turnirə qatılan komandalar müxtəlif kinolardan olan aktyorlar, musiqilər, fraqmentlər üzərindən qoyulmuş sualları cavablandırmağa çalışıblar.  Yarışda müxtəlif universitetlər, eləcə də BANM-dən ümumi 21 komanda  iştirak edib. Yarış seçim, qrup , yarımfinal və final kimi dörd mərhələdən ibarət olub. Seçim turunu keçən 16 komanda qrup mərhələsində iştirak edib, hər qrupda ilk 2 yeri qazanan komanda isə yarımfinala vəsiqə qazanıblar. Yarımfinalda qalib gələn 4 komanda Final turunda kino sahəsində intelektlərini sınayıblar.

 

         Yarışın sonunda “Breket Bad” adlı komanda qalib gələrək 1-ci yeri, “İNFERNO”, ”We are on a BREAK”, “Wreck it Zulu” komandaları isə müvafiq olaraq 2,3 və 4cü yerləri qazanıblar. Qalib komandalar kubok və medallarla təltif olunublar.