
- Bakı Ali Neft Məktəbində "Xoşbəxt et, Xoşbəxt ol" adlı xeyriyyə konserti keçirilib.
- IADC-nin prezidenti Bakı Ali Neft Məktəbinin tələbələrilə görüşdü
- Bakı Ali Neft Məktəbində üzgüçülük yarışları keçirilib.
- Bakı Ali Neft Məktəbində "PMI Azerbaijan 2019" sammiti keçirildi
- "Layihə İdarəetmə Məktəbində iştirak etməyə tamamilə dəyər!" BP-nin Xarici əlaqələr üzrə meneceri Günəş Əliyeva Layihə İdarəetmə Məktəbi haqqında fikirlərini paylaşıb.
- Bakı Ali Neft Məktəbində "Mühəndislər üçün Biznes təhsili"nin növbəti dərsləri başladı
- Bakı Ali Neft Məktəbində "PMI Azərbaycan Sammiti 2019" keçiriləcək
- Azərkosmos Bakı Ali Neft Məktəbində seminar keçirdi
- Bakı Ali Neft Məktəbində "Qəhrəmanlar unudulmur" adlı tədbir keçirilib
- Bakı Ali Neft Məktəbi və Polşanın WSB Universiteti arasında müqavilə imzalandı
İsveçrənin Təhsil, Tədqiqat və İnnovasiyalar üzrə Dövlət Katibi Mauro Dell Ambrogi Bakı Ali Neft Məktəbində olarkən Ali Məktəbin onda yaratdığı təəssüratlarını paylaşmaq üçün rektor Elmar Qasımova məktub ünvanlayıb. Məktubda deyilir:
Hörmətli cənab Elmar Qasımov,
Bakı Ali Neft Məktəbində bizə göstərdiyiniz qonaqpərvərliyə və 30 oktyabr 2018-ci il tarixində paylaşdığımız müzakirələr üçün Sizə təşəkkür edirəm. Sizinlə fikir mübadiləmizi, eləcə də konstruktiv və açıq atmosferi olan görüşümüzü çox yüksək qiymətləndirirəm.
Universitetin tələbələr üçün hazırladığı infrastrukturdan və çox qısa müddətdə universitetinizin Azərbaycanın ən iddialı və bacarıqlı tələbələrinin diqqətini çəkməyə nail ola bilməsindən çox təsirləndim. İsveçrənin ABB şirkəti ilə qurulan laboratoriyada bu tələbələrin bəziləri ilə birbaşa ünsiyyət mübadiləsi lap xoşuma gəldi. Ümid edirəm ki, ABB ilə bu əməkdaşlığınız İsveçrədən olan partnyorlarla daha yaxın və sıx əməkdaşlıq üçün bir başlanğıc nöqtəsi olacaq. Sizə olan çox yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Mauro Dell Ambrogio
Dövlət Katibi
Təhsil, Tədqiqat və İnnovasiyalar üzrə Dövlət Katibliyi