AZ / EN / RU
McGraw-Hill Education şirkətinin nümayəndəsi Bakı Ali Neft Məktəbində seminar keçirib

         Bakı Ali Neft Məktəbində (BANM) McGraw-Hill Education şirkətinin Türkiyə və Azərbaycan üzrə Təlim həlləri meneceri Baran Erdener ilə görüş keçirilib. Görüşdə Ali Məktəbin professor-müəllim heyəti və kitabxana əməkdaşları iştirak ediblər.

 

         Görüşdə cənab Baran Erdener xüsusi təqdimatla çıxış edərək CONNECT-Rəqəmsal həllər, müəllimlər üçün resurslar və eKitablar/Sifarişçi eKitabları  kimi həllərin tədris prosesinə necə kömək edəcəyini iştirakçılara nümayiş etdirib. O qeyd edib ki, tələbələr Connect-in bir hissəsi olan SmartBook (Ağıllı kitab) - adaptiv öyrənmə və oxu alətinə çıxış əldə edirlər. SmartBook tələbələrin diqqətini əsas mövzulara yönəldərək,  video və slayd şoular kimi əlavə materiallara keçid verir, beləliklə də onların mövzunu tam mənimsəmə qabiliyyətlərini dərinləşdirə bilir. Orta hesabla Connect olmadan tələbənin yadda saxlama qabiliyyəti 70,9% qiymətləndirilirsə  Connect istifadə edildikdən sonra bu rəqəm 89,9% təşkil edir.

 

        Sistemin təqvim aləti isə  tələbələri yerinə yetriməli olduqları tapşırıqlar siyahısı ilə tanış edir, beləliklə də tələbələr kursda uğur qazanmaq üçün hansı tapşırıq üzərində dəqiq çalışmalı olduqlarını bilirlər.

 

      “SmartBook tələbələrə öyrəndikləri materiallara əsaslanan suallar verir. Fərdi cavabları qiymətləndirməklə, SmartBook hər bir tələbənin bilik səviyyəsini öyrənir və hansı mövzu üzrə təcrübəyə ehtiyacları olduğunu müəyyənləşdirir. Bu adaptiv texnologiya hər bir tələbəyə fərdi bir öyrənmə təcrübəsi və müvəffəqiyyət yolu verir.” – deyə cənab Erdener bildirib.

 

      Sonda görüşün iştirakçıları Connect-in iş prinsipini kimya sahəsinə aid nümunə üzərində nəzərdən keçirərək, systemin bütün alətləri  ilə yaxından tanış olublar.

 

      Qeyd edək ki, McGraw Hill Education şirkəti aspitantura təhsili üçün xüsusi təhsil məzmunu, proqram təminatı və xidmətlərini təmin edən " üç böyük " təhsil nəşriyyatlarından biridir. Şirkət həmçinin tibb, biznes və mühəndislik ixtisasları üçün istinad və ticari nəşrlər də təqdim edir. McGraw Hill Education hazırda 5000-dən çox işçi heyət ilə 28 ölkədə fəaliyyət göstərir və 60 dildə 135 ölkəyə məhsul və xidmət təklif edir.