AZ / EN / RU
Bakı Ali Neft Məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü keçirilib

        Bakı Ali Neft Məktəbində (BANM) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib. Tədbirdə Ali Məktəbin rəhbərliyi, professor-müəllim və inzibati heyəti, həmçinin tələbələr iştirak ediblər.

 

        Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.  

      

         Tədbiri öz sözlərilə açan BANM-ın rektoru Elmar Qasımov bütün BANM ailəsini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni – 2019-cu il münasibətilə ürəkdən təbrik edib, onlara yeni ildə işlərində müvəffəqiyyətlər arzulayıb. Rektor bildirib ki, 1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrilib və bu bayram müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla  birlik və həmrəylik yaratmaq üçün böyük əhəmiyyətə malikdir.

 

           Elmar Qasımov 2018-ci ilin BANM üçün çox uğurlu olduğunu və Ali Məktəb üçün bir çox yaddaqalan hadisələrin baş verdiyini deyib. Rektorun sözlərinə görə, 2018-ci ildə BANM ölkə üzrə Prezident təqaüdçülərinin sayına görə ölkədə lider olub, birinci qrup üzrə 700 ballı tələbələrin hamısının BANM-ı seçməsi də rekord göstəricidir.

 

           Daha sonra tədbirin bədii hissəsi başlayıb.  BANM-ın tələbələrinin və  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Estrada sənəti” kafedrasının tələbələrinin repertuarları bütün iştirakçıların zövqünü oxşayıb.