AZ / EN / RU
"Layihə İdarəetmə Məktəbində iştirak etməyə tamamilə dəyər!" BP-nin Xarici əlaqələr üzrə meneceri Günəş Əliyeva Layihə İdarəetmə Məktəbi haqqında fikirlərini paylaşıb.

           “Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı, Böyük Britaniyanın tanınmış beynəlxalq təlim şirkəti olan “TwentyEighty Strategy Execution”  şirkətinin texniki dəstəyi ilə və ABŞ-ın Corc Vaşinqton Universitetinin layihələrin idarəedilməsi üzrə magistr proqramı əsasında hazırlanan Layihə İdarəetmə Məktəbi (School of Project Management) təlim proqramında iştirak etdiyim müddət mənim üçün əvəzedilməzdir. Bu müddət ərzində  verilmiş materialların praktiki istifadəsini təmin edən hər bir moduldan həqiqətən, çox məmnun qaldım.

 

            Bu kurs ərzində yiyələndiyim bilik və bacarıqların mənə həm şəxsi inkişafımda, həm iş həyatımda kömək olacağına və karyeramda növbəti mərhələyə addım atmaqda böyük rol oynayacağına əmin idim.  SPM məzunu olduqdan qısa müddət sonra mən Xarici əlaqələr üzrə menecer vəzifəsinə təyin edildim.

 

             Proqramda olan modullardan Liderlik, Kommunikasiya və Menecment  haqqında olan modul mənim üçün xüsusilə fərqləndi. Çünki, bu modullar insanları motivasiya etmək, ünsiyyət, dinləmə və təsir etmə bacarıqları, həmçinin əlaqələrin qurulması kimi əsas liderlik bacarıqlarını özündə cəmləşdirir. Bu o faktı bir daha təsdiq edir ki, hər bir uğurlu əlaqə  hörmət, dürüstlük və güvən üzərində qurulur və nəticədə layihənin və ya digər iş tapşırıqlarının müvəffəqiyyətlə icra edilməsinə kömək edir.

 

             Layihə İdarəetmə Məktəbində iştirak etməyə tamamilə dəyər.Bu gözəl proqramın bir hissəsi olmaq imkanını mənə verdiyi üçün BP və BANM-a dərin minnətdarlığımı bildirirəm.”