AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin tələbələri işğaldan azad olmuş Cocuq Mərcanlı kəndinə səfər ediblər

        Bakı Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatı və İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə BANM tələbələri Cocuq Mərcanlı kənd orta məktəbinə səfər edib.

 

       Məktəblilərlə görüş zamanı Baki Ali Neft Məktəbi Tələbə Gənclər Təşkilatının sədri Kənan Sadıqov BANM və onun fəaliyyəti haqqında şagirdləri məlumatlandırdı. Daha sonra məktəb direktoru Zamin müəllim məktəbin uğurlarını tələbələrlə bölüşdü. Görüş zamanı şagirdlərin ifasında vətənpərvərlik mövzusuna həsr olunmuş şeirlər dinlənildi. Məktəblilər üçün 30 sualdan ibarət 2 hissəli intellektual oyun baş tutdu. Suallar şagirdlərin dünyagörüşlərini, bilik və bacarıqlarını əhatə edən mövzularda tərtib olunmuşdu. İştirak edən 12 komandaya işğalda olan rayonların adları verilmişdi. Oyun sonrası tələbə və məktəblilərin tarda ifası dinlənildi və şanlı Aprel döyüşlərinin şərəfinə tort kəsildi. Bayram ab-havasında uşaqların həvəslə iştirak etdiyi 2-ci əyləncəli, interaktiv oyun ("Səssiz Sinema") baş tutdu. Qalib komandalar kubok, medal və xüsusi hədiyyələrlə təltif olundu. Bununla yanaşı, bütün məktəblilər üçün məktəb ləvəzimatları hədiyyə edildi. Tələbələrin gətirmiş olduğu kitablar məktəbin kitab fonduna bağışlandı.