AZ / EN / RU
BANM-in tələbələri "Total"- ın stendindəki "Formula-1" simulyatorunda bacarıqlarını sınadılar

Fransanın "Total" şirkətinin Azərbaycan üzrə İcraçı direktoru Denis Lömarşalın dəvəti ilə Bakı Ali Neft Məktəbinin Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov, həmçinin Ümumi işlər üzrə prorektor Rəşad Həsənov, Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı və Ali Məktəbin tələbələri Bakı Ekspo Mərkəzində keçirilən XXII Beynəlxalq "Xəzər Neft və Qaz 2015" ("Caspian Oil and Gas 2015") sərgisini ziyarət ediblər. Onlar sərgidə “Total” şirkətinin Azərbaycan üzrə İcraçı direktoru Denis Lömarşal ilə görüşüblər. Görüş zamanı Denis Lömarşal təmsil etdiyi şirkətin fəaliyyəti haqda təqdimat ilə çıxış edib. Sonra şirkətin əməkdaşları şirkət tərəfindən həyata keçirilən müxtəlif tədbirlər və layihələr barədə danışıblar.

Eyni zamanda, tələbələr "Total" şirkətinin stendində quraşdırılmış "Formula -1" simulyatorunda pilot qismində bacarıqlarını sınayıblar.

Bununla yanaşı, ziyarətçilər sərginin digər stendləri ilə də yaxından tanış olublar.