AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin tələbələri yerli və transmilli müəssisələrdə istehsalat təcrübəsi keçir

Hazırda Bakı Ali Neft Məktəbinin (BANM) II, III və IV kurs tələbələri yerli və transmilli müəssisələrdə yay istehsalat təcrübəsi keçir. Ali Məktəbin Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi  və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisaslarının tələbələri SOCAR Türkiyə, SOCAR Kompleks Qazma İşləri Tresti, SOCAR-ın Qaz Emalı, Metanol, Karbamid zavodları,  “Azneft” İstehsalat Birliyi, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, “Azərkimya” İstehsalat Birliyi, “Neftqazelmitədqiqatlahiyə” İnstitutu, “Azərsu” ASC, “Emerson Process Managment”, “Avandsis Group”, “NÖC və Avtomatika” MMC kimi müəssisələrdə təcrübələrini davam etdirir.

İstehsalat təcrübəsinin əsas məqsədi qazanılmış biliklərin təkrarlanması və təkmilləşdirilməsi, habelə onların istehsalatda tətbiq edilməsidir. Nəzəri biliklərin əmək fəaliyyətində istifadəsini təmin etmək, tələbələri yeni texnologiyalarla, iş üsulları ilə, elmi tədqiqatlarla tanış etmək, tələbələrdə peşə vərdişləri aşılamaq üçün şirkətlərdə təcrübə keçmək Bakı Ali Neft Məktəbinin tədris proqramına daxil edilib.

Bunun nəticəsidir ki, BANM-in məzunları enerji sektorunda fəaliyyət göstərən şirkətlərə işə düzəlməkdə çətinlik çəkmirlər.