AZ / EN / RU
Bakı Ali Neft Məktəbi Avrasiya Universitetlər Birliyinin üzvü olub

2008-ci ildə təsis olunan Avrasiya Universitetlər Birliyi (EURAS) Avrasiya regionunda universitetləri və digər ali təhsil müəssisələrini əhatə edən birlikdir. Birlik Qərbi və Mərkəzi Avropa, Balkanlar, Qafqaz, Orta Şərq və Asiyadan olan 110-dan çox universitet arasında əməkdaşlığı təşviq edən qeyri-kommersiya təşkilatıdır. Birlik Avrasiya regionunda təhsil standartlarının qlobal inkişafı üçün çalışır.

 

EURAS regional universitetlərə xidmət edən beynəlxalq təhsil platforması yaratmaqla üzvlərinin dünyada olan ən yaxşı təhsil xidmətlərinə çıxış əldə etməsində mühüm rol oynayır.

 

Sürətlə böyüyən təşkilat eyni zamanda müxtəlif coğrafi-siyasi və mədəni mənşəli ölkələrdən olan üzv universitetlərin öz aralarında dialoq və təcrübə mübadiləsini genişləndirmələri üçün geniş imkanlar axtarır. Avrasiya Universitetlər Birliyi haqqında ətraflı məlumatı https://euras-edu.org veb səhifəsindən ala bilərsiniz