AZ / EN / RU
BANM-də Elmi Şuranın iclası Milli Qurtuluş gününə həsr olundu

Bakı Ali Neft Məktəbində (BANM) 2014-2015-ci tədris ili üzrə BANM-in Elmi Şurasının son iclası keçirildi. İclası açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov 2014-2015-ci tədris ilinin son iclasının 15 iyun – Milli Qurtuluş gününə həsr olunduğunu bildirdi. Rektor Elmar Qasımov dedi ki, hər bir xalqın tarixində onun müstəqillik, milli azadlıq uğrunda apardığı mübarizənin böyük rolu vardır. Bu müstəqillik və azadlıq isə, heç də asan qazanılmır, bütün xalqlara və millətlərə qismət olmur, çünki müstəqilliyi qazanmaqla yanaşı, onu həm də qoruyub saxlamaq vacib şərtdir. E.Qasımov Azərbaycan xalqının öz müstəqilliyinə, ölkədə sabitliyə məhz 1993-cü ildə xalqın tələbi ilə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qovuşduğunu vurğuladı. Məhz Heydər Əliyevin bu müdrik adddımı nəticəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli lider Heydər Əliyevin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, ölkədə sabitlik və əmin-amanlıq yaratdı. Məhz Ümummilli lider Heydər Əliyevin o zaman atdığı müdrik və uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycanın regionda müstəqil güclü dövlətə çevrildiyini deyən E.Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu öndərin ideyalarının davamçısı olduğunu bildirdi.

Elmar Qasımov Azərbaycanda Avropa Oyunlarının açılışını xatırladaraq Elmi Şura üvzlərini və kollektivi bu münasibətlə təbrik etdi. O, Azərbaycanı təmsil edən idmançılara uğurlar arzuladı. Bütün dünyanın, o cümlədən siyasi-ictimai dairələrin, tanınmış ictimai xadimlərin, müxtəlif ölkələrdən gələn çoxlu sayda idmançıların və dünyanın bütün aparıcı KİV nümayəndələrinin qatılacağı tədbirin ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını vurğuladı. Azərbaycanın bu yarışlara ev sahibliyi etməsinin ölkəmizin təbliği üçün bir vasitə olduğunu qeyd etdi. Rektor bu beynəlxalq tədbirdə Bakı Ali Neft Məktəbinin tələbələrinin də könüllü kimi iştirak edəcəklərini dedi.

Sonra rektor Elmar Qasımov 2014-2015-ci tədris ilinin yekunları ilə bağlı danışdı. O, BANM-in qısa zaman ərzində böyük inkişafa nail olduğunu, bu istiqamətdə işlərin sürətlə və keyfiyyətlə aparıldığını dedi. E.Qasımov bildirdi ki, Ali Məktəbin quruculuğu yönündə aparılan işlərin ilk mərhələsini sona çatmış hesab etmək olar. Bununla belə, BANM-də quruculuq işləri davam edir və edəcək. Ali Məktəbin bu tədris ili ərzində uğurlarından danışan rektor Elmar Qasımov bu il BANM-in İSO –nun üç istiqaməti üzrə beynəlxalq sertifikata sahib olmasını ən uğurlu hadisələrdən biri kimi qiymətləndirdi. O, bu uğurun həm Ali Məktəbin, həm də tələbələrin olduğunu dedi. Rektor Elmar Qasımov qarşıdan gələn 2015-2016-cı tədris ilinin də uğurla başlanacağına, BANM-in yeni tədris ilində daha yeni uğurlara imza atacağına əminliyini ifadə etdi. Elmar Qasımov 15 iyun Milli Qurtuluş günü və Avropa Oyunlarının Azərbaycanda açılış mərasimi münasibətilə Ali Məktəbin kollektivinin simasında Azərbaycan xalqını təbrik etdi.