AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin Elmi Şurasının növbəti iclası keçirilib

             Bakı Ali Neft Məktəbinin (BANM) Elmi Şurasının növbəti iclası keçirilib. İclasda BANM-də doktoranturanın yaradılması, yay semestrinin təşkili , “Erasmus+” proqramı çərçivəsində Avropanın ali məktəblərində təhsil alan tələbələrin imtahan nəticələri, 2019/20-ci tədris ilində 2-ci kurs əcnəbi tələbələrin tədris prosesinin vəziyyəti və  gündəlikdə olan cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

              İclası giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru, Elmi Şuranın sədri Elmar Qasımov Şura üzvlərini salamlayaraq, müzakirə olunacaq məsələləri diqqətə çatdırıb.

 

               O, BANM-də qısa zaman ərzində bakalavr və magistr hazırlığının uğurla həyata keçirildiyini, elmi-tədqiqatların strateji xətt kimi götürülərək doktorantura pilləsinin yaradılmasının önəmini qeyd edib. Rektor Böyük Britaniyanın Heriot Vatt Universitetinin də qarşılıqı əməkdaşlıq çərçivəsində bu prosesə cəlb olunmasının vacibliyini bildirib.

 

               Bundan başqa, kəsirləri olan tələblər üçün yay semestrinin təşkil olunması ətrafında da fikir mübadiləsi aparılıb.

 

                İclasda “Erasmus+” proqramı çərçivəsində təhsil alan tələbələrə tətbiq olunan qaydaların proqramla uyğunlaşdırılması qərara alınıb.

 

               Eyni zamanda, 2-ci kurs əcnəbi tələbələrin tədris prosesinə adaptasiyası üçün yuxarı kurs tələbələrdən mentorların və müəllimlərdən isə supervisorların təyin olunması məsələsi müzakirə olunub.

 

              Yekunda müzakirə olunan məsələlərlə bağlı ümumi səsvermə ilə yekdill qərar qəbul olunub.

 

              İclasda həmçinin kadr təyinatı, eləcə də, digər məsələlərlə bağlı müxtəlif təqdimatlar və müzakirələr edilib.