
- Bakı Ali Neft Məktəbinin tələbə və məzunlarından Magistratura imtahanlarında yüksək nəticə
- Əcnəbi tələbimiz Qoşulmama Hərəkatının beynəlxalq simulyasiya məşğələsində iştirak edir
- "Mühəndislər üçün biznes təhsili" layihəsinin növbəti kursuna start verilib
- Bakı Ali Neft Məktəbində Xocalı soyqırımı qurbanları anılıb
- BANM Stokholm Universiteti ilə kibertəhlükəsizlik sahəsi üzrə mütəxəsis hazırlığına başlayır
- Bakı Ali Neft Məktəbində I kurs tələbələri üçün Orientasiya proqramı keçirilir
- Bakı Ali Neft Məktəbinin "Vətən yaxşıdır" müsabiqəsi yekunlaşdı
- Prezidentin köməkçisi Bakı Ali Neft Məktəbində
- Bakı Ali Neft Məktəbində "Vətən yaxşıdır" adlı onlayn bədii qiraət müsabiqəsi keçiriləcək
- Rektor Elmar Qasımov tələbə təşkilatlarının sədrlərilə görüş keçirib
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında I ixtisas qrupu üzrə ən yüksək nəticə göstərmiş və Bakı Ali Neft Məktəbinə (BANM) daxil olmuş 23 Prezident təqaüdçüsündən biri də Möhsün Babayevdir. O, 683 balla “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul olub. Möhsün Babayev Nəriman Nərimanov adına 45 saylı məktəb-liseyi bitirib.
Qəbul imtahanını necə xatırlayırsız?
Digər tələbələrdən fərqli olaraq mənim üçün çox rahat və həyəcansız qəbul imtahanları keçdi. Bunun səbəbi hər ay sınaq imtahanlarında biliyimi sınamağım olub. Bu mənə çox kömək etdi. Beləcə, ilk imtahandan 667 bal, ikinci imtahandan isə 683 bal yığdım.
Seçdiyiniz ixtisasa həvəs necə yaranıb?
Kiçik yaşlarımdan kompüterə və kompüter hissələrinə marağım böyük idi. Bütün ixtisasları nəzərdən keçirərkən özümü bu ixtisasda tapdım.
Bakı Ali Neft Məktəbi haqqında harada eşitmişdiniz?
Qohumlardan və dostlarımdan bu Ali Məktəb haqda çox müsbət fikirlər eşidirdim. Ondan sonra maraq yarandı.
Niyə məhz BANM-i seçdiniz?
Əminəm ki, BANM mənə uğurlu bir gələcək verəcək ona görə də buranı seçdim.
BANM-də oxumaq hədəfinizə necə çatdınız?
Sistemli hazırlaşaraq bu nöqtəyə gəlib çatdım. Həm əyləncəyə, həm də istirahətə bərabər vaxt ayırırdım.
Ailənizin təhsilinizdə rolu haqqında nə demək istəyirsiz?
Ailəm hər qararıma hörmətlə yanaşır və bu qərarı verdikdə də mənə çox böyük dəstək oldular.
Ən böyük arzunuz?
Arzum ixtisaslaşmış bir peşəkar mühəndis olaraq ölkəmizin inkişafına töhvə verməkdir.
Hobbiləriniz nədir?
Hobbim elektronik vasitələrin iş prinsipi ilə tanış olmaq və video oyunlar oynamaqdır.
İxtisasınızdan savayı, başqa hansı sahələrə maraq göstərirsiz?
Öncə mənim istəyim Kompüter mühəndisliyi ixtisası idi. Sonradan proqramlaşdırma sahəsi ilə maraqlandım və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası diqqətimi çəkdi.
Hansı janrda kitablar oxumağı sevirsiniz?
Nə qədər qəribə səslənsə də kitab oxumağı heç sevmirəm.
BANM-dəki təhsillə bağlı gələcək hədəfləriniz nədir?
Gələcək məqsədim bakalavriat səviyyəsini uğurla bitirmək və təhsilimi ABŞ-da nüfuzlu universitetlərin birində davam etdirməkdir.