AZ / EN / RU
Bakı Ali Neft Məktəbində SOCAR-ın Audit Departamentinin nümayəndələri görüş keçirib

            Bakı Ali Neft Məktəbində (BANM)  SOCAR-ın Audit Departamentinin nümayəndələri görüş keçirib.

 

            Görüşün əsas məqsədi Bakı Ali Neft Məktəbi üzrə dəstəkləyici biznes-proseslər üzrə audit planlaşdırılması zamanı müəyyən olunmuş risklərlə bağlı müzakirələr və  tövsiyələr, eləcə də risklərin minimuma endirilməsi üçün görüləcək tədbirlərin 2020-ci ilin fəaliyyət planında nəzərə alınması olub.

 

            Görüşdə Ali Məktəbin əməkdaşları, SOCAR-ın Audit Departamentinin (AD) rəis müavini Azər İsmayılov, həmin departamentin daxili auditorları Nazim İskəndərov və Əzulla Hüseynov iştirak ediblər.

 

            SOCAR-ın Audit Departamentinin rəis müavini Azər İsmayılov Audit Departamentinin əməkdaşları tərəfindən aparılmış sonuncu auditin nəticəsində müəyyənləşdirilmiş risklərin qiymətləndirilməsi və bu sahələrdə nəzarətin daha da artırılmasının vacibliyini vurğulayıb.

 

           SOCAR-ın Audit Departamentinin daxili auditoru Nazim İskəndərov hər hansı bir qurumun daxili audit proseduru zamanı oradakı risklərin özü, risklər haqqında nəzarət proseduru, görüləcək tədbirlərin riskləri minimuma endirilməsi və tövsiyələrin yazıldığını qeyd edib.  Eyni zamanda o, növbəti il üçün audit planlaşdırılması ilə bağlı risklərin siyahısının dəqiqləşdirilməsinin zəruriliyindən danışıb.  

 

             BANM-in İqtisadiyyat və uçot şöbəsinin rəisi, baş mühasib Oqtay Məmmədov Ali Məktəbin risklərlə bağlı gündəliyində duran önəmli məsələlərdən danışıb, eyni zamanda auditorların BANM haqqında verdikləri tövsiyələri gələcək fəaliyyət planında nəzərə alacaqlarını bildirib. O qeyd edib ki, BANM-də keçirilmiş sonuncu audit yoxlaması zamanı aşkarlanan nöqsanlar tam şəkildə aradan qaldırılıb.

 

              Görüşün sonunda müzakirələrin yekun nəticəsi kimi qərara alınıb ki, Bakı Ali Neft Məktəbi üzrə dəstəkləyici biznes-proseslər üzrə audit planlaşdırılması zamanı müəyyən olunmuş risklər 2020-ci il üzrə riskyönümlü audit planlarının tərtibi zamanı nəzərə alınsın.