AZ / EN / RU
"Sinerji" Elmi Diskussiyalar Klubunun növbəti seminarı keçirilib

          Bakı Ali Neft Məktəbində (BANM) “Sinerji” Elmi Diskussiyalar Klubunun növbəti seminarı keçirilib. Tədbirdə BANM-in professor-müəllim heyəti və tələbələr iştirak edib. Seminarda klubun elmi koordinatoru, Ali Məktəbin “Neft-qaz mühəndisliyi” kafedrasının professoru Fuad Vəliyev “Elm və din” mövzusunda məruzə ilə çıxış edib.

 

          Məruzəçi cəmiyyətdə din və elmlə bağlı stereotiplərin olduğunu və bu stereotiplərin dağıdılması üçün mütəmadi olaraq müzakirələrin təşkil olunmasının vacibliyini bildirib. Eyni zamanda professor din və fanatizm anlayışlarının fərqləndirməyin də əhəmiyyətini vurğulayıb.

 

           Seminar sual-cavab, mövzu ətrafında müzakirələrlə yekunlaşıb.

 

            BANM-in “Sinerji” Elmi Diskussiyalar Klubunun yaradılmasında əsas məqsəd tələbələri, gənc alim, pedaqoq və mütəxəssisləri dəqiq və humanitar elmlər, mühəndislik üzrə yeni nailiyyətlər, aktual problemlər, perspektivlər barədə məlumatlandırmaq, elmi-praktiki diskussiyalara cəlb etmək, elmi-tədqiqat işinə həvəsləndirmək, onlarda yaradıcılıq vərdişləri, diskussiya aparmaq, çıxış etmək mədəniyyəti formalaşdırmaqdır.

 

            Klubun fəaliyyəti dövründə müxtəlif aktual mövzularda aparıcı elm adamlarının, yerli və xarici mütəxəssislərin, idarə və müəssisə rəhbərlərinin məruzələri dinlənilməsi, disputlar, dəyirmi masalar, tələbələrin elmi-texniki-humanitar mövzularda çıxışları, onların tədqiqat işlərinin müzakirəsi, informasiya mübadiləsi nəzərdə tutulur.