
- NASA-da çalışmış ilk azərbaycanlı alim Teymur Sadıxov Bakı Ali Neft Məktəbində mühazirə keçib
- Bakı Ali Neft Məktəbinin tələbəsi Beynəlxalq Proqramlaşdırma Olimpiadasının "Yüksək göstərici" sertifikatı ilə təltif olunub
- Bakı Ali Neft Məktəbi Texas A&M Beynəlxalq Universiteti ilə müqavilə imzaladı
- Emin Hüseynov Bakı Ali Neft Məktəbində master-klass keçib
- NASA-da çalışmış ilk azərbaycanlı alim Teymur Sadıxov Bakı Ali Neft Məktəbində mühazirə keçəcək
- Bakı Ali Neft Məktəbinin 8 yaşı tamam olur
- BMT-nin Təlim və Tədqiqat İnstitutunun saytında Bakı Ali Neft Məktəbi haqda məqalə dərc olunub
- Prezident təqaüdçüsü : "Əsas hədəfim öz sahəmin ən yaxşısı olmaqdır"
- Bakı Ali Neft Məktəbində "Mühəndislər üçün biznes təhsili" layihəsinə start verildi
- Bakı Ali Neft Məktəbində Norveçin "Equinor" şirkətinin Azərbaycan nümayəndələrinin görüşü keçirilib
Azərbaycan Britaniya Məzunları Birliyinin təşkil etdiyi “Təhsil üçün əl-ələ” layihəsi çərçivəsində Bakı Ali Neft Məktəbinin psixoloqu Əminə Qurbanlı “İmtahan stressi” movzusunda məktəblilərə təlim keçib. “İmtahan stressi” təlimində psixoloq şagirdlərə imtahan ərəfəsində hiss edilən həyəcan duyğusunun xüsusiyyətləri, stressin öhdəsindən gəlmək haqqında psixoloji-maarifləndirici məlumatlar paylaşıb.
Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının I kurs tələbəsi Eşqin Həsənov və Neft-Qaz mühəndisliyi ixtisasının I kurs tələbəsi Fərhad Ağayev də təlimdə aktiv iştirak ediblər. Onlar rayon məktəblərindən Bakıda keçirilən düşərgəyə dəvət almış 30 şagirdlərlə universitetə qəbul hekayələri və Bakı Ali Neft Məktəbindəki təhsilləri haqqında fikirlərini bölüşüblər.
Hər iki tələbənin yüksək balla universitetə qəbul olmağı və çalışqanlığı şagirdlərdə böyük həvəs hissi yaradıb. Həmçinin tələbələr də bu təcrübənin onlarda xoş duyğular yaratdığını və daha uğurlu olmaq üçün onları motivasiya etdiyini bildiriblər.
“Təhsil üçün əl-ələ” layihəsi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Britaniya Məzunları Birliyi tərəfindən həyata keçirilir. Layihə çərçivəsində seçilmiş kənd məktəblərinin 9-10-cu sinif şagirdləri ilə görüşlər, yay düşərgəsi və məzunlarla görüş edərək təhsilin fərqli sahələri (ixtisas seçimi, vaxtın idarəsi, xaricdə təhsil) və əhəmiyyəti haqqında təlimlər təşkil edilir.