AZ / EN / RU
NASA-da çalışmış ilk azərbaycanlı alim Teymur Sadıxov Bakı Ali Neft Məktəbində mühazirə keçəcək

             Dekabrın 3-ü Bakı Ali Neft Məktəbində (BANM) Silikon vadisində “Texnologiya  Konsaltinq Qrup”un yaradıcısı və baş icraçı direktoru, NASA-da çalışmış ilk azərbaycanlı alim, Fəlsəfə doktoru Teymur Sadıxov “Robotexnika və süni intellekt” mövzusunda açıq mühazirə keçəcək.

 

             Teymur Sadıxov mühəndislik və elmi-tədqiqat işləri üzrə peşəkar mütəxəssisdir. Robotexnika və onun idarə edilməsi sahəsində Süni intellektin çox yönlü funksiyası üzrə Fəlsəfə doktoru, roboteknika, sürücüsüz avtomobillərin idarəedilməsi, hərəkət planlaması, avtomobil və aerokosmik sistemlər kimi sahələr üzrə uğurlu komanda işlərinə rəhbərlik edib, qabaqcıl robotik məhsullarının hazırlanmasına nail olub.

 

                 Teymur Sadıxov hazırda süni intellekt və robotexnika istiqamətində peşəkar texnologiya məsləhətləri,  eyni zamanda, süni intellekt əsaslı sərmayə (startaplar, kapital və daşınmaz əmlak bazarları) və idarəetmə üzrə peşəkar tövsiyələr verir.

 

                 O, bakalavr dərəcəsini Türkiyənin İstanbul Texniki Universitetində (Təyyarə mühəndisliyi ixtisası üzrə), magistr dərəcəsini ABŞ-ın Kaliforniya Universitetində (Mühəndislik Elmləri, Mexanika Mühəndisliyi ixtisası üzrə) alıb. ABŞ-ın Corciya Texnologiya İnstitutunda (Aerokosmik Mühəndisliyi ixtisası üzrə) Fəlsəfə doktorudur.