AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin dosentinin məqalələri beynəlxalq nüfuzlu jurnallarda dərc olunub

           Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi kafedrasının dosenti Əmir Reza Vəxşurinin 2019-cü ilin son aylarında 3 məqaləsi və 1 kitab fəsli dünyanın nüfuzlu jurnalları və nəşriyyatlarında çap və nəşr olunub. 

 

           Dosent Vəxşuri 2018-ci ildə dünyanın ən böyük açıq nəşriyyatı, Böyük Britaniyanın “InTech” nəşriyyatından kitab fəslini yazmaq üçün rəsmi dəvətnamə alıb. O, “Paraffin” adlı kitabın kitabın “Parafin, faza dəyişən material kimi”  fəslini 2019-cu ilin oktyabrında tamamlayıb. 

 

       Kitabın fəslində parafin və onun faza dəyişən vaxtı yüksək istilik enerjisini saxlama qabiliyyəti, onun tətbiq sahələri, eləcə də parafinin daha əlverişli tətbiqi üçün müasir üsulları barədə bəhs olunur.

 

           Hazırda həmin kitab fəslinin onlayn versiyası dərc olunub və 2020-ci ilin mart ayında çap versiyası çıxacaq.  
Kitabdakı həmin fəslin tam versiyasını bu linkdən yükləmək və oxumaq olar: https://www.intechopen.com/online-first/paraffin-as-phase-change-material


            Bundan əlavə, BANM-in dosenti Əmir Reza Vəxşurinin həmkarları ilə birgə hazırladığı elmi məqalələri də nüfuzlu jurnallarda yer alıb.  Belə ki  o, NKPİ-nin əməkdaşları Mətləb Xamiyev, Əkbər Xanmetov, Reyhan Əliyeva, Kəmalə Hacıyeva-Atayi, Zeynəb Axundova və Günay Xamiyeva kimi  alimlərlə birgə layihədə iştirak edərək elmi məqalə hazırlayıb və dünyanın ən nüfuzlu və yüksək göstəriciyə malik  olan metal-üzvi, yəni “Applied Organometallic Chemistry” jurnalında çap olunub. Bu jurnal dünyanın ən nüfüzlu nəşriyyatlarından sayılan ABŞ-ın “Wiley” nəşriyyatına aiddir. https://onlinelibrary.wiley.com/doi/abs/10.1002/aoc.5409

 

         Elmi məqalədə ən müasir tədqiqatlardan sirkoninin fərqli və həcmli üzvi birləşmələrinin quruluşları və onların etilenin oliqomerləşmə prosesində katalitik təsirlərinin nəticələri haqqında yazılıb.

 

            Gənc alim digər elmi məqaləsini Təbriz Səhənd Texniki Universitetinin magistr tələbəsi Məhəmməd Dəryani və Marağa Universitetinin dosenti Rəsul Mərufi Azər ilə birgə hazırlayıb və yazı Böyük Britaniyanın “Journal of European Computational Mechanics” jurnalında çap olunub. https://journals.riverpublishers.com/index.php/EJCM/article/view/1101

 

         Məqalə mayelərin nəqli və saxlanılma zamanı yaranan “sloshing” (yəni mayenin dalğalanması) probleminin düzbucaqlı kub tankerlərdə simulyasiyasını xüsusi proqram vasitəsi ilə öyrənilməsi barədədir. Yazıda həmçinin həmin mayeyə dəmir oksid nanozərrəciklərini əlavə edərək, tankerdən kənar maqnetik sahənin tətbiqi ilə o problemin nəzarətininin  modelləşdirilməsi və nəticələrindən də bəhs olunur.

 

 

            Dosent Vəxşurinin BANM-in Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Sevil Veysəlova ilə birgə neft-kimya sənayesi və onun ətraf mühitə təsiri haqqında  məqalələri İsveçrənin urbanizasiya ilə bağlı “IGLUS” jurnalında çap olunub.
https://iglus.org/wp-content/uploads/2019/10/IGLUS-Quarterly-Vol-5-Issue-2-3.pdf