AZ / EN / RU
Rektor Elmar Qasımov əcnəbi tələbələrlə görüşüb

        Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov BANM-də təhsil alan əcnəbi tələbələrlə görüşüb. 

 

         Görüş zamanı tədrisin keyfiyyəti, eləcə də tələbələrin təhsil prosesində qarşılaşdığı çətinliklər müzakirə olunub. 


        E.Qasımov Ali Məktəbin intizam qaydalarını tələbələrin diqqətinə çatdıraraq bildirib ki, gələcəyin mühəndisləri zəruri biliklərə yiyələnməklə yanaşı, nizam-intizamlı və məsuliyyətli olmalıdırlar. O əlavə edib ki, əcnəbi tələbələrin öz ölkələri üçün potensial kadr kimi yetişməsi istiqamətində BANM-in akademik və adminstrativ heyəti üzərinə düşən işləri məsuliyyətlə yerinə yetirir. 


        Rektor əcnəbi tələbələrin yerli tələbələrə yüksək səviyyədə inteqrasiya olunması üçün davamlı mədəni tədbirlərin təşkil olunduğunu da diqqətə çatdırıb.  


         Görüş zamanı tələbələrin sual və müraciətləri dinlənlənilib, müraciətlərin həlli istiqamətində aidiyyatı kafedra və şöbələrə tapşırıqlar verilib. 


         Görüşün sonunda E.Qasımov qış sessiyası imtahanlarını uğurla bitirən tələbələri təbrik edib, kəsri olan tələbələrə təkrar imtahanlarda uğurlar arzulayıb.