AZ / EN / RU
Lalə İsmayılzadə Bakı Ali Neft MəktəbininTələbə Gənclər Təşkilatına sədr seçildi

          Bakı Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatına (BANM  TGT) yeni sədr seçilib. Açıq səsvermə yolu ilə Neft-qaz mühəndisliyi ixtisasının II kurs tələbəsi Lalə İsmayılzadə vahid namizəd kimi qalib gəlib.

 

           O, Bakı Ali Neft Məktəbinin Tələbə Gənclər Təşkilatının hesabat seçki konfransında tələbələrə təqdim olunub. Eyni zamanda, TGT-nin sədr müavinləri və ixtisaslar üzrə sədrləri də seçilib. Tədbirdə BANM-in rektoru, professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

 

           Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi, TGT-nin sabiq sədri Kənan Sadıqov  təşkilatın fəaliyyətinə dair hesabatla çıxış edib. O fəaliyyəti dövründə görülən işlər, sosial-mədəni tədbirlər barədə ətraflı məlumat verib.

 

            Lalə İsmayılzadə isə öz çıxışında gənclərin maarifləndirilməsinə, şəxsi inkişafa dəstək verəcək tədbirlərin, xeyriyyə aksiyalarının, intellektual yarışların daha intensiv təşkil ediləcəyini bildirib. O, tələbələrin hüquqlarının müdafiəsinin təmin edilməsi və onların problemlərinin həlli istiqamətində işlərin həyata keçirilməsinə dair söz verib.

 

           Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov çıxış edərək tələbələrə öz tövsiyyələrini veriblər.