AZ / EN / RU
Bakı Ali Neft Məktəbi növbəti dəfə əsaslı dezinfeksiya edildi

          Koronavirus (COVİD - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Bakı Ali Neft Məktəbində təxirəsalınmaz tədbirlər davam etdirilir.

 

           Nazirlər Kabinetinin qərarı ilə Ali Məktəbdə müvafiq profilaktik tədbirlərin effektivliyi yüksəldilib, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər intensivləşdirilib. Belə ki, BANM-in inzibati binası və tədris korpusu, Tələbə yataqxanası növbəti dəfə “EKOL Mühəndislik Xidmətləri” QSC tərəfindən əsaslı surətdə dezinfeksiya edilib.

 

             Aidiyyatı struktur bölmələrinə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb.

 

             Eyni zamanda, 2020-ci ilin mart ayının 3-dən 9-dək  bütün təhsil müəssisələrində olduğu kimi BANM-də də tədris, təlim-tərbiyə prosesi dayandırılıb.