
- "Mühəndislər üçün biznes təhsili" layihəsinin növbəti kursuna start verilib
- Bakı Ali Neft Məktəbində Xocalı soyqırımı qurbanları anılıb
- BANM Stokholm Universiteti ilə kibertəhlükəsizlik sahəsi üzrə mütəxəsis hazırlığına başlayır
- Bakı Ali Neft Məktəbində I kurs tələbələri üçün Orientasiya proqramı keçirilir
- Bakı Ali Neft Məktəbinin "Vətən yaxşıdır" müsabiqəsi yekunlaşdı
- Prezidentin köməkçisi Bakı Ali Neft Məktəbində
- Bakı Ali Neft Məktəbində "Vətən yaxşıdır" adlı onlayn bədii qiraət müsabiqəsi keçiriləcək
- Rektor Elmar Qasımov tələbə təşkilatlarının sədrlərilə görüş keçirib
- Bakı Ali Neft Məktəbinin eyni sinifdən olan iki Prezident təqaüdçüsü
- Rektor Elmar Qasımov Prezident təqaüdçüləri ilə onlayn görüş keçirib
Bakı Ali Neft Məktəbinin (BANM) Elmi Şurasının növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru, Elmi Şuranın sədri Elmar Qasımov Şura üzvlərini salamlayaraq, müzakirə olunacaq məsələləri diqqətə çatdırıb. O, BANM-də qısa zaman ərzində bakalavr və magistr hazırlığının uğurla həyata keçirildiyini, artıq doktorantura pilləsinin yaradılması istiqamətində əsaslı işlərə başlanldığını qeyd edib.
Rektor Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının məzunu, Ali Məktəbin əməkdaşı Elmar Əsgərzadənin Azərbaycan Respublikası Prezidentinin İlham Əliyevin Sərəncamı ilə Gənclər üçün Prezident mükafatına layiq görüldüyünü xatırladaraq bu uğur münasibəti ilə onu təbrik edib.
Onun innovasiya və sahibkarlıq kateqoriyasında qalib olmasını Ali Məktəb üçün böyük uğur olduğunu qeyd edib.
Daha sonra, E.Qasımov Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının nəticələrinə görə ölkə birincisi olan Bakı Ali Neft Məktəbinin Neft-Qaz mühəndisliyi ixtisasının V kurs tələbəsi Seymur Rəhimovun bu uğurunu yüksək qiymətləndirdiyini qeyd edib və ona təhsilində uğurlar arzulayıb.
İclasda doktoranturanın yaradılması istiqamətində işlərin gedişi, BANM-in Dövri Elmi nəşrin hazırlanması, Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramında nəzərdə tutulmuş fənlərin prerekvizitliyi, Kimya mühəndisliyi kafedrasının professoru Kənan Yusif-zadə tərəfindən azərbaycan dilində tərtib edilmiş “Mülki müdafiənin və tibbi yardımın əsasları” adlı dərs vəsaitinin nəşrə tövsiyə edilməsi və digər məsələlər müzakirə olunub.
Yekunda müzakirə olunan məsələlərlə bağlı ümumi səsvermə ilə yekdil qərar qəbul olunub.
İclasda həmçinin kadr təyinatı, eləcə də, digər məsələlərlə bağlı müxtəlif təqdimatlar və müzakirələr edilib.