AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin daha 8 tələbəsi Avropada təhsil alacaq

     Bakı Ali Neft Məktəbinin 8 tələbəsi Erasmus+ proqramı çərçivəsində Bolqarıstanın Angel Kançev adına Ruse və Yunanıstanın Qərbi Attika universitetlərində 1 semestr müddətinə təhsil alacaq. Tələbələrin tədris müddəti fevral - iyun tarixlərini əhatə edəcək. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Avropada təhsil alacaq tələbələr və onların valdeynləri ilə görüşüb.

 

 

 

       Rektor Erasmus+ proqramı çərçivəsində seçilmiş tələbələri təbrik edib və onlara qarşıdakı semestr ərzində uğurlar diləyib. O, həmçinin 1 semestrlik müddəti faydalı keçirməyi, yeni bilik və bacarıqlar əldə etməyi,  Avropa universitetlərinin təşkil etdiyi tədbirlərdə fəal iştirak etməyi, əcnəbi tələbələrlə əlaqələrin qurulmasını, ölkəmizin, eləcə də Ali Məktəbin adını yüksək səviyyədə təmsil etməyi tələbələrə tövsiyyə edib. E.Qasımov bildirib ki, Ali Məktəbin Proseslərin avtomatlaşdırılması mühəndisliyi (PAM) ixtisasının IV kurs tələbələri Azər Əliyev, Fidan Abbaszadə, Emil Nağızadə, Tərlan Əhədli Bolqarıstanın "Angel Kançev" adına Ruse universitetində, Həmidə Əliyeva, Kamran Alcanov, Toğrul Nəbili, Ömər Məmmədov isə Yunanıstanın Qərbi Attika universitetində təhsil almaq imkanı əldə ediblər.  

 

 

       “Ümumilikdə, 2019-2020-ci tədris ilinin yaz semestrində Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi (PAM) ixtisasından 15 tələbənin Erasmus +  proqramı çərçivəsində təhsillərini Avropada davam etdirilməsi nəzərdə tutulub. Onlardan 7-si yanvar ayından İspaniyanın Alkala Universitetində təhsil alır”- deyə rektor qeyd edib.