AZ / EN / RU
Bakı Ali Neft Məktəbində "Ümumdünya Mülki Müdafiə Günü" ilə əlaqədar maarifləndirmə tədbiri keçirilib

        Bakı Ali Neft Məktəbində “Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar maarifləndirmə tədbiri keçirilib. “Mülki müdafiə və hər bir evdə ilk yardım” mövzusunda keçirilən tədbirin əsas məqsədi iştirakçıları Mülki müdafiə sistemi və fövqəladə hallarda davranış qaydaları barədə məlumatdırmaq olub.

 

        Tədbirdə Ali Məktəbin rəhbərliyi, Fövqəladə Hallar Komissiyasının sədri Ali Məktəbin prorektoru Rəşad Həsənov, Mülki Müdafiə qərargahının rəisi Oktay Rzayev və digər heyət üzvləri, eləcə də BANM-in əməkdaşları, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

         BANM üzrə Mülki Müdafiə qərargahının rəisi, prorektor Oktay Rzayev tədbirdə fövqəladə hallarla bağlı davranış və təhlükəsizlik qaydaları haqqında məlumat verib.

 

         Ali Məktəb üzrə Fövqəladə Hallar Komissiyasının sədri, prorektor Rəşad Həsənov isə tədbir çərçivəsində xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili barədə danışıb.   

 

         Tədbir interaktiv sorğu-sual və praktiki məşqlərlə davam etdirilib. BANM üzrə Mülki Müdafiə Qüvvələrinin Sanitar Postunun rəisi, kitabxana müdiri Səbinə Əlmərdanova iştirakçılara ilkin tibbi yardımın göstərilməsi ilə bağlı önəmli nəzəri və praktiki bilgiləri çatdırıb.

 

         Sonda əməkdaşlar praktiki olaraq yanğınsöndürmə balonlarından istifadə qaydaları ilə tanış olub və məşqələ keçiblər.