AZ / EN / RU
Bakı Ali Neft Məktəbi MBA Proqramına qəbul elan edir

               MBA Proqramının əhəmiyyəti

           Dördüncü sənaye inqilabının mövcud olduğu, texnologiyanın inkişaf etdiyi və iqtisadiyyatın davamlı şəkildə dəyişdiyi bir dövrdə daim yenilənən, müasir standartlara uyğun təhsil proqramlarına ehtiyac var. Məhz bu məqsədlə Bakı Ali Neft Məktəbi innovativ, yenilikləri dəstəkləyən və olduqca çevik MBA proqramını yaradılıb. Hazırladığımız proqram biznes mühitində tələb olunan müasir çağırışlar və trendlərə tam cavab verir.

 

             BANM-də MBA Proqramının üstünlükləri

             Bu proqramda tələbələr menecmentin və biznesin müxtəlif sahələri üzrə bilik və bacarıqlar əldə edəcəklər.

Bakı Ali Neft Məktəbi bu bilik və bacarıqların qazanılmasında sizə öz qapılarını açır. BANM digər proqramlarda qazandığı uğurları eyni zamanda MBA proqramında da tətbiq edir. Kurslarımız olduqca praktik və əhatəlidir. MBA proqramını tədris edən şəxslər isə  SOCAR və digər bu kimi iri transmilli şirkətlərdə çalışan rəhbər vəzifəli şəxsləridir.

 

       Proqram sizə nə vəd edir?

              Rəqabətədavamlı karyera imkanları - BANM-in karyera mərkəzi ən əlçatmaz arzuları gerçəkləşdirə bilər. Bu komanda tələbə və məzunları dünyanın ən sürətlə inkişaf edən transmilli şirkətləri ilə əlaqələndirir. Eyni zamanda bu proqramı seçənlər ingilis dilində tədris olunan qlobal Master of Business Administration dərəcəsinə tam yiyələnəcəklər. Tədris proqramına Strateji İdarəetmə, Marketinq, Statistika, İnvestisiya və digər fənlər daxildir. Bu akademik və praktiki bilikləri əldə edən şəxslər məşğul olduqları və ya artıq sahib olduqları biznesi daha da inkişaf etdirə biləcəklər.

 

              Əlverişli (münasib) dərs qrafiki - Bakı Ali Neft Məktəbinin MBA proqramına müraciət edənlərin əksəriyyətinin müxtəlif sahələrdə çalışdıqlarını nəzərə alaraq, dərslərin həftə içi 3 gün olmaqla, axşam saatlarında təşkil edilməsi planlaşdırılır.

              Akademik mükəmməllik- MBA proqramı tələbələrə zəngin innovativ və praktiki biliklər vəd edir. Belə ki kurikulum və dərs vəsaitləri dünyaca tanınmış akademik heyət tərəfindən yalnız Bakı Ali Neft Məktəbi üçün hazırlanıb. Proqrama qəbul olan tələbələr öncədən xüsusi hazırlanmış dərsliklər və digər köməkçi vəsaitlərlə təmin ediləcəklər.

             Azərbaycanın ən qabaqcıl universitetində təhsil almaq imkanı - BANM məzunların işlə təmin olunmasına görə ölkə birincisidir. Belə ki ali məktəbi bitirən məzunların 100 %-i işlə təmin  olunub. Bu uğur zəngin akademik və inzibati heyətin səyi nəticəsində ərsəyə gəlib. BANM eyni nüfuzu MBA proqramı vasitəsi ilə daha da genişləndirmək niyyətindədir.

             Geniş professional biznes əlaqələri (networking imkanları) - MBA proqramını seçən tələbələr Ali Neft Məktəbinin dünyanın ən tanınmış transmilli şirkətlərində çalışan məzun və müəllim şəbəkəsinə qoşulmaqla biznes əlaqələrini genişləndirmək imkanı əldə edirlər.

              Azərbaycanın ən tanınmış mütəxəssislərindən praktiki biliklər almaq imkanı - Azərbaycanın və eləcə də, dünyanın ən öndə gedən qurumlarının (SOCAR, BP, dövlət təşkilatları və s.) tanınmış mütəxəssisləri və rəhbər vəzifəli şəxsləri yalnız BANM-in MBA tələbələrinə dərs demək üçün dəvət ediliblər. Bununla tələbələr yalnız nəzəri deyil, eyni zamanda real təcrübələr haqqında biliklərə də yiyələnirlər.

              Yüksək texnoloji laboratoriyalarla təchiz olunmuş möhtəşəm kampus - MBA tələbələri BANM-in yeni tikilmiş, ən son standartlara cavab verən kampusunda yerləşən geniş şəraitdən istifadə etmək imkanı əldə edirlər. Buraya zəngin kitabxana, yüksək texnoloji laboratoriyalar, idman zalları, üzgüçülük hovuzları, oyun meydançaları və digər imkanlar daxildir.

 

              Qəbul Qaydaları

               Bakı Ali Neft Məktəbinin MBA proqramına qəbul Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları əsasında aparılır.

 

               Dil Bilikləri

                Bakı Ali Neft Məktəbində tədris olunan MBA ixtisası üzrə bütün dərslər yalnız ingilis dilində aparılır. Proqramın müvəffəqiyyətlə mənimsənilməsi üçün ingilis dilini bilmək əsas şərtdir.

 

                Bunun üçün Dövlət İmtahan Mərkəzinin imtahanlarından uğurla keçən və BANM-ın MBA proqramına qəbul olan tələbələr qeydiyyat zamanı İELTS və ya TOEFL sertifikatlarını təqdim etməlidirlər:

 

  • IELTS 6.0 (hər 4 bölmə üzrə minimum 5.5 bal olmaqla) və ya TOEFL IBT 75 ballıq sertifikatları (son iki il ərzində alınmış) qəbul edilir.
  • Əgər tələbə ilkin bakalavr və ya magistr təhsilini tam olaraq ingilis dilində bitiribsə, bu zaman yuxarıda qeyd edilən sertifikatlar tələb edilməyə bilər.
  • Əgər qeydiyyat zamanı tələbə IELTS və ya TOEFL sertifikatını təqdim edə bilmirsə, bu halda həmin tələbəyə sertifikatı əldə etməsi üçün birinci semestr boyunca möhlət verilə bilər.
  • Əgər MBA proqramına qəbul olan tələbə uzun müddət əsas danışıq dilinin ingilis dili olduğu xarici şirkətdə çalışıbsa, bu zaman əlavə daxili imtahan (və ya müsahibə) nəticəsində dil bilikləri təsdiq edildikdə qeyd olunan sertifikatlar tələb edilməyə bilər.

 

            Proqramın tərkibi

           Bizim MBA proqramı tənqidi düşüncəni, kreativ baxışı genişləndirmək üçün tələbələrdən enerji, istək və intellekt tələb edir. Bununla bağlı MBA proqramına daxil olan komponentlər aşağıdakılardan ibarətdir:

 

          Tanışlıq Sessiyası

            Bu sessiya yeni qəbul olan tələbələrin MBA səyahətində ilk addımları olacaq. Burada əsas məqsəd BANM ailəsinə yeni qoşulan tələbələri universitet, onun geniş kampusu, yaradılan imkanlar və Ali Məktəbin ümumi qaydaları ilə yaxından tanış etməkdir. Eyni zamanda tələbələr ilk dəfə qrup yoldaşları və akademik heyətlə görüşüb ünsiyyət qurmaq imkanı əldə edəcəklər.

 

            Əsas Fənlər

             BANM-in MBA mərkəzinin əsas missiyası qlobal səviyyədə rəqabətədavamlı, yüksək səviyyəli menecerlər yetişdirməkdir. Bunun üçün dünyada qəbul edilən əsas istiqamətlər [U1] [RB2] müəyyənləşdirilib. Buraya aiddir:

  • Maliyyənin idarə olunması
  • Biznes və iqtisadiyyat üçün statistika
  • Marketinq konsepsiyaları
  • Menecerlər üçün mühasibat
  • İdarəetmə və təşkilati davranış
  • İstehsalın və əməliyyatların idarə olunması
  • Strateji idarəetmə: nəzəriyyə və praktika
  • İdarəetmənin iqtisadiyyatı
  • İnformasiya Texnologiyalarının idarə olunması
  • Kapital qoyuluşu və Maliyyə strategiyaları
  • Xərclərin strateji idarə olunması
  • Strateji idarəetmə və biznes siyasəti
  • Bazarın öyrənilməsi və beynəlxalq biznes

 

          Seçmə Fənlər

           BANM MBA tələbələri üçün müxtəlif sahələrdə biliklərini genişləndirmək və maraq sahəsini seçmək imkanı yaradır:

  • Tədqiqat metodologiyası
  • İnsan Resurslarının İdarə olunması
  • Beynəlxalq idarəetmə
  • Risklərin idarə olunması və sığortalama
  • Beynəlxalq maliyyə menecmenti
  • Biznes münasibəti
  • Beynəlxalq biznes qanunu
  • Layihələrin idarə olunması
  • Beynəlxalq əlaqələr

 

         Magistr Dissertasiyası

          Magistr dissertasiyası MBA proqramının çox önəmli kredit verən komponentlərindən biri hesab edilir. Tələbələr MBA-da aldıqları bilikləri öz maraqlarına uyğun sahələrdə tətbiq etməklə daha da dərindən araşdıracaqlar. Bu iş onlarda akademik tədqiqat bacarıqlarının inkişafına xidmət edəcək.

 

          Yay İmkanları

           BANM yayda tələbələrin vaxtlarını səmərəli keçirməsi üçün daim müxtəlif imkanlar yaradır. MBA-də əldə olunan bilik və bacarıqlar müxtəlif şirkətlərdə təcrübə proqramlarında uğurla iştirak etməyə və tələbələrin özlərini yeni sahələrdə sınamağa imkan verəcək. Bununla bağlı BANM-in karyera mərkəzinin təcrübəli əməkdaşları daim tələbələrə dəstək olmağa hazırdır.

 

            Təhsil haqqı

             İllik təhsil haqqı 5000 AZN kimi müəyyən edilib.

 

             Əlavə məlumat üçün: http://www.bhos.edu.az/en/page/609-mba-biznesin-idara-edilmasi

              Kampusumuzu ziyarət etmək üçün: http://www.bhos.edu.az/tour/

              Tel: (+99412) 5210000 (daxili nömrə: 33058)

              Mob: (+99450) 8433058

              E-mail: rovshan.budagov@socar.az