AZ / EN / RU
Bakı Ali Neft Məktəbi distant dərsləri davam etdirir

    Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlərdən biri kimi ümumitəhsil və ali təhsil müəssisələrində  tədris, təlim-tərbiyə prosesinin müvəqqəti dayandırılması ilə əlaqədar Bakı Ali Neft Məktəbi I kursda təhsil alan tələbələrin tədrisində fasiləsizliyi təmin etmək üçün  ingilis dili hazırlığı üzrə distant dərslər təşkil edib.

 

Tələbələrin dərs prosesindən kənarda qalmaması üçün “Skype” və “Microsoft Team” proqramları üzərindən tədris proqramına uyğun olaraq dərslər keçirilir. Tələbələr heç bir məsafə qət etmədən, əvvəlcədən müəyyən olunmuş vaxtda interaktiv olaraq dərslərdə iştirak edir.

 

Dərslər qrup şəkilində 90 dəqiqə ərzində tədris olunur, 200-ədək tələbəni əhatə edir.

 

Qeyd edək ki, Bakı Ali Neft Məktəbi “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə kadr hazırlayır. Tədris ingilis dilində 5 il müddətinə həyata keçirilir.