AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin hazırlıq tələbələri IELTS imtahanında yüksək nəticə göstərib

   

       Bakı Ali Neft Məktəbinin hazırlıq (“Foundation”) tələbələri “British Council” tərəfindən keçirilən IELTS imtahanında yüksək nəticə göstərib. Belə ki, "Kimya mühəndisliyi" ixtisasına qəbul olmuş Nihad Əhmədli və Tural Usubov, eləcə də  “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul olmuş Cəmilə Əbilova 7.0 bal , "Kimya mühəndisliyi" ixtisasına qəbul olmuş Zərifə Vəliyeva,    Vüqar Əliyev və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul olmuş Azad Əliyev  6.5 bal toplayıblar.

       

Ali Məktəbə qəbul olduqda dil bilgiləri ingilis dili üzrə akademik təhsil üçün yetərli olmayan tələbələr BANM-də yüksək səviyyədə təşkil olunan ingilis dili üzrə hazırlıq nəticəsində IELTS imtahanında lazımi balı toplamağa nail olublar. Bununla da, onlar müvafiq keçid balını (6.0) aşaraq növbəti tədris ilində seçdikləri ixtisas üzrə təhsil almaq imkanını qazanıblar.

       

Xatırladaq ki, BANM-ə daxil olan tələbələrə 1-ci il ərzində intensiv ingilis dili, kompüter və informasiya-kommunikasiya texnologiyaları tədris edilir. Hazırlıq kursunun sonunda tələbələr British Council tərəfindən təşkil olunan IELTS imtahanından müvafiq bal (6.0) toplayaraq, sonrakı 4 il ərzində seçdikləri ixtisas üzrə təhsillərini ingilis dilində davam etdirirlər.