AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin tərəfdaşlığı ilə "World Net Summit" keçirilir

 

Bakı Ali Neft Məktəbinin tərəfdaşlığı ilə 11-15 may tarixlərində 15-dən çox ölkədən 50-dən çox spikerin iştirakı ilə onlayn “World Net Summit”-i baş tutacaq.

 

İnnovasiya ilə bağlı bir çox mövzuların müzakirə olunacağı tədbir özündə 9 fərqli fazanı ehtiva edir.

Bunlara “Startup Academy”, “Venture Summit”, “Corporate İnnovation Forum”, “Monex Summit” və “Maintech Forum” kimi tədbirlər daxildir.

               

Hər gün 2 tədbir olmaqla saat 16:30-18:00 və 19:30-21:00 radələrində “World Net Summit”-in “Facebook” və “Youtube” səhifələri üzərindən canlı yayım təşkil olunacaq.

 

Spikerlərin siyahısı, müzakirə olunacaq suallar və tədbirin gündəliyi ilə tanış olmaq istəyənlər bu linkə https://worldnetsummit.com daxil olaraq qeydiyyatdan keçə bilər.

 

Qeydiyyatdan keçən şəxslərə hər tədbir öncəsi bildiriş məlumatı e-poçt vasitəsi ilə göndəriləcək.