
- Bakı Ali Neft Məktəbində beynəlxalq "Petrobowl" yarışının universitetlərarası çempionatı keçirilib
- Bakı Ali Neft Məktəbi "YAŞAT" Fonduna ianə etdi
- Bakı Ali Neft Məktəbinin müəllimi Təhsil İnstitutuna direktor təyin edildi
- Bakı Ali Neft Məktəbində Onlayn Şahmat Turnirinin qalibi məlum oldu
- 2 tələbəmiz Akademik Xoşbəxt Yusifzadə adına tələbə təqaüdünə layiq görüldü
- Bakı Ali Neft Məktəbində Ramiz Rövşənin poeziya gecəsi keçirilib
- Bakı Ali Neft Məktəbinin Baş müəllimi Farad Kamyabinin elmi məqaləsi Fransanın beynəlxalq jurnalında çapdan çıxıb
- BANM-in startap layihələri beynəlxalq müsabiqənin əsas mükafatlarını qazandı
- Bakı Ali Neft Məktəbinin 5 müəllimi "CISCO" Akademiyasının "İnstruktor" adını qazandı
- Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə "Qarabağın mədəniyyəti və mənəvi sərvətləri" mövzusunda vebinar
Ali Məktəbin professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi tədbiri giriş sözü ilə açan rektor Elmar Qasımov ulu öndər Heydər Əliyevin 1969-cu ildən 2003-cü ilə kimi müddətdə Respublikamızın inkişafına dəyərli töhfələr verdiyini, onun müstəqil Azərbaycanın qurucusu, ölkənin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyasının yaradıcısı və rəhbəri kimi ölkəmizin dünyada tanınmasında müstəsna rol oynadığını vurğulamış, Azərbaycanın indiki inkişafının məhz Heydər Əliyevin irəli sürdüyü və ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyasının uğurları hesabına mümkün olduğunu qeyd etmiş, gəncləri Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşərək dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət etməyə çağırmışdır.
Yeni Azərbaycan Partiyasının İcraçı Katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Heydər Əliyev fenomeninin Azərbaycan, keçmiş Sovetlər İttifaqı və dünya miqyasında qəbul edildiyini qeyd etmiş, 1969÷1983-cü illərdə ulu öndərin rəhbərliyi altında Azərbaycan Respublikasının iqtisadi inkişafında böyük uğurlar əldə etdiyi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Sovetlər İttifaqının rəhbərliyinin Azərbaycana qarşı qərəzli mövqeyinə qarşı həmişə cəsarətlə etiraz səsini ucaltdığı, xalqın ağır günlərində 1993-cü ildə yenidən hakimiyyətə gələrək Azərbaycanın parçalanmasının qarşısını aldığı, Yeni Azərbaycan Partiyasının rəhbəri kimi uzun perspektivdə ölkənin strateji inkişaf yolunu müəyyən etdiyi, Azərbaycanın haqq sözünün dünyaya çatdırılmasında, ölkənin dünya siyasətində və iqtisadiyyatında rolunun ildən ilə artmasında müstəsna rolu olduğu haqqında danışmışdır. O, bu- günki Azərbaycanın təməlinin Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulamış, bu əfsanəvi şəxsiyyətin dünya siyasətçiləri sırasında özünə məxsus yer tutduğunu və Azərbaycan xalqının ulu öndərin xatırəsinə həmişə xüsusi ehtiram bəslədiyini qeyd etmişdir.