AZ / EN / RU
Elmar Qasımov "COVID-19-un universitetlərə təsiri " mövzusunda beynəlxalq vebinara qatılıb

Qara Dəniz Universitetləri Şəbəkəsi və UNİKA (Avropa paytaxtlarında yerləşən universitetlərin şəbəkəsi) tərəfindən “COVID-19”-un universitetlərə təsiriadlı birgə vebinar keçirilib.

 

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov vebinarda iştirak edib.

      

Tədbirdə Türkiyə, Ukrayna, Serbiya, Albaniya, Bolqarıstan, Rumıniya kimi ölkələrin universitet rəhbərləri əsas məruzəçi qismində çıxış ediblər. 

 

Vebinarın moderatorları Qara Dəniz Universitetləri şəbəkəsinin Baş katibi, prof. Eden Mamut və UNİKA-nın Prezidenti prof. Luçano SASO olub. 

 

“COVID-19” böhranı dövründə universitetlər üçün əsas problemlər,  onlayn tədris və qiymətləndirmə ilə bağlı uyğun dərslərin seçilməsi, müəllim, tələbə və inzibati heyət üçün mobilliyin və texniki imkanlarını təmin edilməsi kimi mövzular ətrafında məruzələr dinlənilib.