AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin tələbələri İtaliyanın nüfuzlu şirkətinin təcrübə proqramında iştirak ediblər


    

        Bakı Ali Neft Məktəbinin (BANM)  tələbələri İtaliyanın nüfuzlu “Maire Tecnimont” şirkətində  təcrübə proqramında iştirak ediblər.

 

      Ali Məktəbin "Maire Tecnimont" şirkəti ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən IV İnkişaf Proqramı üçün bu il Kimya mühəndisliyi ixtisasının V kurs tələbələri Zəhra Nəsibli, Qadir Cəfərov və Rəna Muxtarova iştirak hüququ qazanıblar.

 

      İnkişaf Proqramının əsas məqsədi tələbələrin öz mühəndislik biliklərini müxtəlif məsələlər üzrə tətbiq etmələrinə və qeyd edilmiş istiqamətlərdə bacarıqlarını təkmilləşdirmələrinə xidmət etməkdir:

 

  • Texniki biliklər
  • Problemlərin tədqiqatı və müvafiq həllərin tapılması
  • Liderlik bacarıqları
  • Ünsiyyət bacarıqları
  • Beynəlxalq iş şəraitində iştirak 

IV İnkişaf Proqramı çərçivəsindətələbələrə aşağıdakı təlimlərin keçirilməsi nəzərdə tutulub:

 

  • İnsan Resursları
  • Maliyyə və İdarəetmə Sağlamlıq,
  • Təhlükəsizlik və Ətraf Mühit
  • Keyfiyyətin Təminatı və İdarə olunması
  • Layihələrin İdarə olunması
  • Layihə və Proses mühəndisliyi
  • Kontrakların İdarə olunması
  • İnşaat mühəndisliyi
  • Elektrik mühəndisliyi
  • Boru kəmərləri
  • Mexanika
  • Satış məsələləri

       IV İnkişaf Proqramı zamanı tələbələr təlimlərlə yanaşı, şirkətin bütün şöbələrindəki işlərlə tanış olub və əməkdaşlarla ünsiyyət quraraq onların təcrübələrindən yararlanıblar. BANM tələbələrinə şirkətin İnsan resurslarından tutmuş Sahə mühəndisliyi kimi müxtəlif şöbələrinə kimi layihələrdə çalışmaq, eləcə də italiyan dilinin öyrənilməsi kimi fürsətlər tanınıb. Pandemiya ilə əlaqədar olaraq, İnkişaf proqramı hələlik fəaliyyətini dayandırıb.

 

       Ümumilikdə Ali Məktəbin sonuncu kurs tələbələri üçün nəzərdə tutulan İnkişaf Proqramı (Development Program) BANM ilə İtaliyanın “Maire Tecnimont” Şirkətlər Qrupu arasında 19 oktyabr 2016-cı il tarixində imzalanmış əməkdaşlıq haqqında razılaşmaya əsasən həyata keçirilir.  Proqramı yüksək göstəricilərlə başa vuran tələbələr şirkətin komandasına qoşulma şansını əldə edir.