AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin bakalavr pilləsinə sənəd qəbulu onlayn aparılacaq

Sabahdan etibarən Bakı Ali Neft Məktəbinin bakalavr səviyyəsinə qəbul olan abituriyentlərin qeydiyyatı onlayn formada aparılacaq. Tələbə adı qazanmış şəxslər 2020-ci il sentyabrın 25-dən oktyabrın 7-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. 

 

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

 

Bakı Ali Neft Məktəbinə abituriyentlərin qeydiyyatının aparılması üçün aşağdakı sənədlər tələb olunur: 

 

XÜSUSİ QEYD: Qeyd olunan sənədlər skan versiyada sistəmə yüklənməlidir. 

 

 Şəxsiyyət vəsiqəsinin surəti

 

 Abituriyentin bakalavr pilləsinə daxil olduğunu təsdiqləyən arayış (DİM-in saytından çıxarış)

 

 Attestatıskan olunmuş surəti

 

 Sağlamlıq haqqında 086 №-li formada arayışın surəti

 

 3x4 sm ölçüdə rəngli 1 ədəd şəkil (pdf və ya jgp)

 

 Elektron formada tərcümeyi-hal (nümunə əlavə olunur)

 

 Sosial güzəşt kateqoriyasına daxil olan abituriyentlərin müvafiq sənədlərinin (məcburi köçkünlük, əlillik və.s haqda) surəti

 

 Təhsil haqqı ödənişinin qəbzinin surəti

 

 Hərbi biletin surəti və çağırışçı vəsiqəsinin surəti (oğlanlar  üçün)

 

 18 yaşına catmamış abituriyentlərin valideynindən birinin (qəyyumunun) şəxsiyyət vəsiqəsinin surəti (təqaüd kartı üçün)

 

 

 

 Əlavə suallar üçün əlaqə nömrəsi: +994 50 843 30 46, +994 50 793 69 64