AZ / EN / RU
Bakı Ali Neft Məktəbindən #erməniterrorunason

Bakı Ali Neft Məktəbi sentyabrın 27-dən başlayaraq bu gün də davam edən Ermənistanın hərbi   təxribatı   nəticəsində   təmas   xəttindən  kənarda   yerləşən   şəhər,   kənd   və   yaşayış məntəqələrimizin   raket   və   ağır   artilleriya   atəşinə   məruz   qalmasına   və   insan   tələfatına diqqəti çəkmək üçün ingilis dilində videoçarx hazırlayıb.

 

Daha çox insana çatması üçün videoçarx #erməniterrorunason həştəqi ilə açıq informasiya resurslarında yerləşdirilib və Ali Məktəbin əməkdaşlıq etdiyi portnyorlara göndərilib.

 

Videoçarxda erməni vandalizmi, onların mülki əhalini hədəf seçən hücumları qeyd olunub.

 

Günahsız uşaqların, qadın və yaşlıların həlak olduğu və yaralandığı mülki əhaliyə qarşı hücumlar terrorizim kimi xarakterizə olunub.

 

Azərbaycanın   öz   torpaqlarını   azad   etmək   uğrunda   mübarizə   apardığı, təmas   xəttindən kənarda   yerləşən   Gəncə, Mingəçevir kimi  iri  infrastruktur  şəhərlərinin çoxsaylı və   qeyri-qanuni hücumlara məruz qalmasına, azyaşlı məktəblilərin həlak olmasına ayrıca yer verilib.

 

Bakı Ali Neft Məktəbi olaraq ümid edirik ki, “Biz Ədalət istəyirik!” şüarı ilə bitən videoçarx haqq səsimizin duyulmasına bir töhfə olacaqdır.